Ayətullah Xamenei: ABŞ-ın planları Tom və Cerri cizgi filmini xatırladır
Mьəllif: admin1
Tarix: 24-05-2018, 15:14
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: ABŞ-ın planları Tom və Cerri cizgi filmini xatırladır
“Avropalılar bizim bu istəklərimiz qarşısında səhlənkarlıq etsələr İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır”.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, bunu Ali Lider Ayətullah Seyid Əli Xamenei Ramazan ayının 7-ci günü münasibəti ilə dövlət işçiləri, siyasətçilər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

"İslam İnqilabından bu günə kimi ABŞ hər növ düşmənçilik addımlarını ataraq, İslam Respublikasına zərər vurmağa çalışıb. Hər cür siyasi, iqtisadi, hərbi və təxribat xarakterli planlar həyata keçirib İslam Respublikası üçün. Bütün bu fəaliyyətlər İranın devrilməsi üçün həyata keçirilib və yeni heç nə yoxdur, daim təkrarlanır.

Siz İslam Respublikasının 40 il əvvəlki dövrü ilə indini müqayisə etsəniz görərsiniz ki, müxtəlif sahələr üzrə inkişaf var. Bu onu göstərir ki, onların bütün planları uğursuzluğa düçar olub. Eyni ilə məşhur Tom və Cerri cizgi filmindəki Tomun planları kimi. Onlar gələcəkdə də uğrusuz olacaqlar. Biz düşmənin məğlubiyyətinə şübhə etmirik; İslami təfəkkür ilə tanış olan hər kəs bunu bilir.

ABŞ-ın indiki prezidenti özündən əvvəlkilərdən Buşdan, Reyqandan daha gücü ola bilməz; o da tarixdə itəcək", - deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb: “Üç Avropa ölkəsi 2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi. Bu gün onlar boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər.

Ötən iki il ərzində ABŞ dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 nömrəli qətnaməni pozub. Avropa ABŞ-ın bu qanunsuzluğuna qarşı bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsələsini gündəmə gətirməyəcək.

Avropa İslam Respublikasına qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır. Avropa İranın neft satışına zəmanət verməlidir. Avropa bankları İslam Respublikası ilə ticarətə zəmanət verməlidirlər”.

Ayətullah Xamenei həmçinin qeyd edib ki, avropalılar bizim bu istəklərimiz qarşısında səhlənkarlıq etsələr İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır: “Hərtərəfli Birgə Fəaliyyət Planının işləmədiyini görsək, dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930