Müsəlman ölkəsində onlarla insan gün vurmasından öldü
Mьəllif: admin1
Tarix: 22-05-2018, 21:21
Bцlmə: Xəbərlər
Müsəlman ölkəsində onlarla insan gün vurmasından öldü
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Pakistanın Kəraçi şəhərində son 3 gündə isti hava nəticəsində azı 65 nəfər dünyasını dəyişib.

Bildirilir ki, anomal hava temperaturu qurbanlarının yaşı 6-78 arasıdır. Üstəlik, həmin insanların əksəriyyəti öz evlərindəcə ölüblər. Ölüm səbəbi isə, onların gün vurmasından sonra vaxtı-vaxtında tibbi yardım ala bilməməsidir.

Proqnozlaşdırılır ki, mayın 23-dən Kəraçiyə istiləşmənin növbəti dalğası da gələcək – havanın temperaturu müsbət 40 dərəcəyədək artacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930