İslam ölkələrinin Qüds üzrə fövqəladə toplantısının yekun bəyanatı
Mьəllif: admin1
Tarix: 19-05-2018, 10:30
Bцlmə: Xəbərlər
İslam ölkələrinin Qüds üzrə fövqəladə toplantısının yekun bəyanatı
Ötən gün İstanbulda Qüdsdə ABŞ səfirliyinin açılmasına və Qəzzada 60 fələstinlinin qətliamına görə müsəlman dövlətlərinin zirvə toplantısı keçirilib.

Toplantıya qatılan ölkələrin 13 dövlət başçısı, digərləri isə nazirlər müstəvisində təmsil ediliblər.

Toplantının sonunda yayımlanan yekun bəyannamədə deyilir: "(İƏT) Beynəlxalq sülhməramlı qüvvələri göndərmə yolu da daxil olmaqla, Fələstin xalqına beynəlxalq qorumanın təmin olunmasına çağırır".

Bəyanatda, İƏT-in mərkəzi missiyası və yaranma səbəbinin Qüdsü və bu şəhərin tarixi və hüquqi statusu ilə mənəvi mövqeyinin qorunması, İsrail tərəfindən törədilən pozuntulara və bu rejimin müstəmləkəçi və irqçi siyasətlərinin hər hansı bir tərəf tərəfindən dəstəklənməsinə son qoyulması məqsədilə lazım olan bütün tədbirləri almaq olduğunu vurğulanıb.

BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq cəmiyyətə Fələstinlə bağlı beynəlxalq hüquq və nizamı qorumağa yönəlik qanuni öhdəliklərini yerinə yetirmə çağırışı edilən bəyanatda, "İsrail işğalçı qüvvəsinin saymazyana işlədiyi bu yoxlanmamış cinayətlərindən ötrü hesab verə bilmə biləcəyini təmin etmək, bu zülmlərə son qoymaq üçün hüquqi və əxlaqi öhdəlikləri istiqamətində hərəkət etmək və Fələstin xalqına beynəlxalq qorumanı təmin etmək" çağırışı edilib.

İşğal altındakı Fələstin torpaqlarında qeyri-insani qanunsuz işğala qarşı qanuni dinc etiraz hüquqlarından istifadə edən silahsız Fələstin xalqına İsrail qüvvələrinin həyata keçirilən cinayətkar aksiyaların ən güclü ifadələrlə pisləndiyi bəyanatda, " (İƏT) Xüsusilə son olaraq 14 Mayda baş verən və ən azı 60 vətəndaşın qəsdən öldürülməsi və təxminən 2 min 700 nəfərin yaralanması başda olmaqla, işğal altındakı Fələstin torpaqlarında həyata keçirilən ağır vəhşətli hadisələrindən işğalçı qüvvə olaraq İsraili tamamilə məsul tutur" ifadələri qeyd olunub.

"İƏT-in üzv dövlətlərindən, İƏT baş katibliyindən və İƏT köməkçi orqanlarından, habelə bağlı institutlarından Qüdsün İsrail tərəfindən zəbr edilməsini tanıyan, eləcə də səfirliyini Qüdsə köçürmək üzrə ABŞ administrasiyasınının nümunəsinə əməl edəcək ölkələrə, rəsmi şəxslərə, parlamentlərə, şirkət və ayrı-ayrı şəxslərə qarşı zəruri tədbirlər görməyi və iqtisadi qadağalar tətbiq etməyi xahiş edirik", - bəyannamədə deyilir.

İslam Əməkdaşlıq Təşkilatı həmçinin İsrailin Qəzza zolağında fələstinlilərin kütləvi qətl hadisələrinin və cinayətlərin araşdırılması ilə məşğul olan müstəqil beynəlxalq ekspertlər komissiyanın yaradılması ideyası ilə çıxış edib.

İstanbuldakı fövqəladə sammitin iştirakçıları həmçinin İsrailin paytaxtı Qüdsün tanınması ilə bağlı ABŞ prezidentinin qərarı yekdilliklə rədd edib, bu şəhərə Amerika səfirliyinin köçürülməsini pisləyib, eləcə də "dünyanın bütün ölkələrinə Fələstindəki vəziyyətin baxılmaq üçün BMT-nin Baş Assambleyasına, Təhlükəsizlik Şurasına və İnsan Hüquqları Şurasına dərhal çıxarılması üçün səylərini artırmağa çağırıb.(Anadolu,TASS)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031