Ayətullah Məkarim Şirazi: `İslam alimləri tarix boyu təqiblərə məruz qalıblar`
Mьəllif: admin1
Tarix: 10-05-2018, 21:47
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: `İslam alimləri tarix boyu təqiblərə məruz qalıblar`
Xəbər verdiyimiz kimi, bu gün İranda keçirilən “Şiənin İslam elmlərinin inkişafında rolu” konfransda böyük İslam alimi Ayətullah Məkarim Şirazi çıxış edib.

Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, konfransın əsas hədəfinin Əhli-beyt (ə) alimlərinin İslam və dünyəvi elmlərə verdiyi töhfənin dünya ictimaiyyətinə çatdırılması olduğunu diqqətə çatdıran Ayətullah Məkarim Şirazi onu da əlavə edib ki, tarix boyu məhz İslam alimləri əzab-əziyyətlərə məruz qalmış və bu yolda şəhadətə uğrayıblar.

“Məsələn Şəhid Əvvəl və Şəhid Sanini nümunə göstərə bilərik. Bu cür böyük tarixi şəxsiyyətlər dünyaya kifayət qədər tanıtdırılmayıb. Məhz bu səbəbdən konfransımız bu misyanı üzərinə götürərək yola çıxıb.”

Ayətulah Şirazi konfrans iştirkçılarına təşəkkür edib və konfransa təqdim olunan məqalə və kitabların dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayılmasını tövsiyyə edib.

Qeyd edək ki, bu gün səhər təşkil olunan konfrans ilk öncə Quran tilavət olunub. Daha sonra konfransın baş katibi Məhəmməd Əli Rzayi çıxış edib. O bildirib ki, konfrans 2016-cı ilin sonlarından fəaliyyətə başlayıb. 2017-ci ilin əvvəlində məqalələər və kitablar yazılması üçün alimlərə sifariş olunub.

2017-ci ilin noyabr ayına qədər 1200 məqalə konfransa təqdim olunub və sifariş olunmuş kitablar hazırlanıb. Kitab və məqalələr əsasına 50 cilddən çox ensiklopediya hazırlanıb.

İclasın sonunda xarici qonaqlara söz verildi. Hindistan, Pakistan, İraq, Türkiyə və Livandan olan qonaqlar İslam elmləri və məsumlar haqqında çıxış edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930