Təcili: Yəmən "Ənsarullah"ı Ər-Riyadı vurdu
Mьəllif: admin1
Tarix: 9-05-2018, 22:16
Bцlmə: Xəbərlər
Təcili: Yəmən "Ənsarullah"ı Ər-Riyadı vurdu
İslamazeri.com xəbər verir ki, Səudiyyə rejiminin Yəmən xalqına hücumuna cavab olaraq Ər-Riyada atılan raketlər Patriot Havadan Müdafiə Kopmpleksi tərəfindən zərərsizləşdirilə bilməyib.

Belə ki, sosial şəbəkələrdə Yəmən "Ənsarullah"ının atdığı raketlərin necə Ər-Riyadda yanacaq doldurma mərkəzini vurmasını əks etdirən video paylaşılıb. Qeyd edək ki, səudiyyəli dövlət rəsmiləri partlayışı təsdiqləsələrdə, bunun raketlə olduğunu təkzib ediblər.

Lakin reuters Ər-Riyadda 4 partlayışın olmasıyla bağlı məlumat yayıb.

Həmçinin Yəmənin "almasirah" portalı da, Yəməndən Səudiyyənin Ər-Riyad şəhərində iqtisadi nöqtələrin vurulmasıyla bağlı xəbər yayımlayıb.

Bundan başqa Yəmən saytları, o cümlədən Livanın "almanar" telekanalının rəsmi saytı, Ər-Riyada atılan raketlərdən bir saat sonra, Səudiyyənin Nəcrandakı hərbi bazasının Bədr1 raketilə vurulmasıyla bağlı xəbər verib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930