Hizbullah və müttəfiqləri parlament seçkilərində böyük qələbə qazandı
Mьəllif: admin1
Tarix: 7-05-2018, 21:25
Bцlmə: Xəbərlər
Hizbullah və müttəfiqləri parlament seçkilərində böyük qələbə qazandı
Livanın Hizbullah, Amal hərəkatı və digər müttəfiqləri yerli mətbuata verdikləri ilk açıqlamalarında, bazar günü (6 may) parlament seçkilərində böyük uğurlara imza atdıqlarını qeyd ediblər.

Deyerler.org Əl-Mənar-a istinadən xəbər verir ki, Hizbullah ilə Amal hərəkatının birgə hazırladığı “Sədaqət və Ümid” siyahısının namizədləri Livanın iki cənub rayonu və Bəqaa rayonu 2-də (Baalbək-Hərməl) böyük səs çoxluğu ilə qalib olublar.

Müttəfiqlər cənub rayonları 2 və 3-də bütün 18 mandatın hamısında qələbəni təmin ediblər, Bəqaa 2-də isə on mandatdan 8-də qalib olublar.

Cənub bölgəsi 1-də (Sidon-Cizzinə) isə, Hizbullah və Amal tərəfindən dəstəklənən siyahı 5 mandatdan 2-sinə sahib olub.

Müttəfiq siyahılar Livanın 3-cü (Baabda) və Beyrut rayonunun 2-dən olan şiələrin 4 mandatını da qazanıblar.

Qərbi Bəqaanın digər bir yerində Hizbullah və müttəfiqləri 6 mandatdan 3-nü təmin edə biliblər.

Hizbullah Zahlənin Bekaist qəsəbəsində bütün məntəqələrdə qalib olub.

Hizbullah və Amal ümumiyyətlə Livan parlamentində 27 şiə mandatının ilkin nəticələrə görə ən azı 26-sı təmin etməyə nail olublar.

Rəsmi nəticələri Livanın Daxili İşlər Nazirliyinin bu gün açıqlayacağı bildirilib.

Artıq Livanın Əhli-Beyt (ə) sevdalıları qələbələrini qeyd etmək üçün şəhər küçələrinə axışıblar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930