Nigeriya xalqı Şeyx Zəkzəkiyə görə yenidən küçələrdə
Mьəllif: admin1
Tarix: 5-05-2018, 14:42
Bцlmə: Xəbərlər
Nigeriya xalqı Şeyx Zəkzəkiyə görə yenidən küçələrdə
Nigeriya xalqı yenidən küçələrə çıxaraq, Buxari hökumətindən Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb edib.

Deyerler.org islamicmovement-ə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə mayın 3-ü paytaxt Abucada Nigeriya Federal Katibliyi istiqamətində keçirlən yürüşdə minlərlə Şeyx Zəkzəki tərəfdarı iştirak edib.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Nümayişçilər rejimi tərəfindən 2 ildən artıqdır ki qanunsuz olaraq həbsdə saxlanılan Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930