Şeyx Zəkzəki: “Övladlarımın meyitləri üzərindən məni sürüyərək apardılar”
Mьəllif: admin1
Tarix: 4-05-2018, 09:56
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəki: “Övladlarımın meyitləri üzərindən məni sürüyərək apardılar”
Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki 2015-ci ilin dekabrında ordunun Səudiyyə rejiminin dəstəyi ilə törətdiyi Zaria qətliamı vaxtı yaşanan tükürpətici hadisələrdən danışıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Şeyx Zəkzəki Nigeriya əsgələrinin onu yaralı halda şəhid edilmiş oğullarının cəsədlərinin üstündən sürüyərək apardıqlarını bildirib: “Amansızcasına hücuma məruz qaldıq. Bizə atəş açdılar, bizi silahlarla vurdular, oğullarım da daxil olmaqla minlərlə insanı öldürdülər.

Həyat yoldaşımla birlikdə mən də vuruldum. Daha da açıqlamaq lazımdırsa, deyim ki, oğullarımın cəsədləri üzərindən sürütdədilər. Daha sonra buraya gətirildik və həbs olunduq. Bədənlərimizin hər tərəfi ağrıyırdı, güllələrlə dolu idi”.

Şeyx Zəkzəki bu həftə Abucadakı Dövlət Təhlükəsizlik Xidmətinin (DSS) nəzarət məntəqəsində özü və xanımı Malama Zinətuddinlə görüşən bir məhkəmə qeydiyyatçısı ilə görüşündə bu açıqlamanı verib.

Şeyx Zəkzəki hər hansı bir məhkəməyə müraciət etməyi də rədd edib və bunu daha əvvəl məhkəmənin qəbul etdiyi qərarına hökumətin riayət etmədiyini israla qeyd edib və bunu məntiqsiz təşəbüslər kimi səciyyələndirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930