Əli Əkbər Vilayəti: “İran öz zərərinə olan nüvə sazişini qəbul etməyəcək”
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:29
Bцlmə: Xəbərlər
Əli Əkbər Vilayəti: “İran öz zərərinə olan nüvə sazişini qəbul etməyəcək”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti İranın zərərinə olan JCPOA nüvə sazişində qalmağı qəbul etməyəcəyini deyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti aprelin 26-sı Məşhəd şəhərində keçirilən Ali dini rəhbərin nümayəndələri və müavinlərinin 40-cı iclasının fasiləsində jurnalistlərə açıqlamasında belə deyib:

“Avropalılar bir tərəfdən JCPOA-nı mühakimə edib, digər tərəfdən də JCPOA-da ləğv edilən sanksiyaları bu dəfə raket əleyhinə müdafiə proqramı və ya regiondakı qanuni mövcudluğu bəhanəsi ilə İrana qarşı yenidən tətbiq etmək istəsələr, praktikada JCPOA işləməyəcək.


JCPOA yazıldığı kimi tətbiq edilməlidir. Əgər avropalılar Amerika ilə razılaşıb və Amerika prezidentini JCPOA-da qalmağa razı salsalar, amma bunun müqabilində keçmiş sanksiyaları başqa bir adla tətbiq etsələr, bu İran tərəfindən qəbul edilməyəcək.

Hesab edirəm ki, pərdə arxasında Avropa və Amerika arasında iş bölgüsü aparılmışdır. Belə ki, fransızlar İranın raketdən müdafiə proqramına malik olmamalı olduğunu deyir, ingilislər isə İranın regiondakı qanuni mövcudluğuna qarşı çıxır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930