Hizbullah lideri: “İsrail rejiminin bütün nöqtələlərini hədəfə alacaq silahlarımız var”
Mьəllif: admin1
Tarix: 23-04-2018, 21:06
Bцlmə: Xəbərlər
Hizbullah lideri: “İsrail rejiminin bütün nöqtələlərini hədəfə alacaq silahlarımız var”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hizbullahın Livanın cənubundakı Sur Əl-Zahrani bölgəsindəki seçki mitinqində çıxış edib.

Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah çıxışının əvvəlində livanlı üç şəhidin atası Hacı Sami Müsəlmaniyə müraciət edərək, belə deyib: “Siz şəhid ailələrinə deyirəm, siz livanlıların baş tacısınız”.

Seyid Həsən Nəsrullah çıxışının davamında, siyasi və hərbi müqavimətin İsrail rejiminin hücumlarını dayandırmağa məcbur etdiyini deyib: “Bu mitinqin məqsədi məlumdur və o da Sur Əl-Zahrani ərazisində “Vəhdəti Beyrut” və “Əl-Vifaq Əl-Vatani” seçki siyahılarını siyasi müstəvidə və xalq olaraq dəstəkləməkdir.

Sur şəhəri fitnənin nüfuz edə bilmədiyi bir şəhərdir və bu şəhərin əhalisi evlərini fələstinli qaçqınlara açmışdır. Sur şəhəri 1982-ci ildə işğalçılar qarşısında müqavimət göstərmiş və İsrail rejiminin əzəmətini dağıdan, onu məğlub edən şəhərdir və ilk şəhadət əməliyyatları bu şəhərdə baş tutmuşdu.

Biz Sur şəhərində müqavimət qüvvələri, əsgərlər, yaralılar və azad edilən əsirlərlə bir yerdə toplaşmışıq. Biz sionist rejimin 11 aprel 1996-ci ildə Hizbullahın Hare Harik bölgəsindəki qərargahına hücum təşkil edərək, Livana qarşı apardığı müharibənin ildönümündə görüşünüzə gəlmişik.

Sionist düşmən 1996-cı ildə baş verən müharibədəki gücsüzlüyü nəticəsində mülki vətəndaşları hədəfə almağa yönəldi və saysız-hesabsız qətliamlar törətdi.

1996-cı ilin aprel ayındakı müqavilə müqavimət üçün böyük uğurdu. Çünki vətəndaşları müharibədən uzaqlaşdıra bildi.

Amal və Hizbullah hərəkatından İmam Musa Sədrin oğulları müqavimətin mənasını genişləndirən və yayan şəxslərdir.

Seyid Əbdül Hüseyn Şərəfuddin Musəvi Livan hökumətindən Livan hökumətini cənuba girməsini istəyirdi, daha sonra İmam Musa Sədr gəldi və onun yolunu başa çatdırdı.

Cənub regionu və əhalisi 1948-ci ildən etibarən İmam Musa Sədr gəlib müqaviməti təşkil edənə qədər hökuməti gözləyirdilər.

2006-cı ildən əvvəl müqavimət Cənubi Livanı sionist İsrail rejiminin hücumlarına qarşı qorumaq üçün hökumət və ordunun bu bölgəyə gəlməsini istəyirdi.

2006-cı ildə müqavimət ordunu sərhədlərə gətirdi. Çünki hökumət ordunu sərhədlərə aparmağa hazır deyildi və 2006-cı ildəki müharibədən sonra ordunun sərhədlərə girməsi beynəlxalq bir tələb idi.

Bizim günahımız torpaqlarımızı və suverenliyimizi müdafiə etmək üçün silahlanmağımız idi.

Şərəfuddin Musəvi və İmam Musa Sədrin arzusu olan müqavimət bu gün həqiqi bir gücə çevrilmişdir və sionist düşmən bunun hesabını artıqlaması ilə ödəyəcək.

İmam Musa Sədrə bunu deyirəm: “Ey mənim rəhbərim və liderim, sənin yaratdığın və inşa etdiyin müqavimət bu gün İsrail rejiminin bütün nöqtələrini hədəfə ala biləcək raketlərə, texnologiyaya və gücə malikdir”.

Seyid Həsən Nəsrullah çıxışının davamında bunları söyləyib: “Müqavimət böyük fədakarlıqlar nəticəsilə əldə edilmişdir və ondan imtina edə bilmərik. Müqavimət bizim ləyaqət və etibarımız deməkdir.

Bizim müqavimətimiz satılan deyil, çünki bizim mövcudiyyətimiz, ləyaqətimiz və şərəfimizdir.

Hizbullahın baş katibi Livanda mayın 6-da keçiriləcək parlament seçkilərinə də toxunaraq, bunları söyləyib: “Sizin seçki məntəqələrinə gəlməyiniz “Biz Cənubi Livanda müqaviməti tək qoymayacağıq!” mesajınızı Livan və bütün dünya xalqlarına çatdımağınız olacaq.

Sizin vəzifəniz müqaviməti dəstəkləməkdir və siz bu vəzifəni 6 mayda seçki məntəqəsinə gedərək, yerinə yetirəcəksiniz”.

Seyid Həsən Nəsrullah çıxışının digər bir hissəsində Livanın kənd təsərrüfatı və sənaye problemlərinə də toxunaraq belə deyib: “Milyardlarla sərmayə və xərclərə baxmayaraq, bu iki sahə hələ də çox pis vəziyyətdədir.

Livan iqtisadiyyatına liderlik edən heyyət illərlə əvvəl məğlub edilmişdi və hökumət ölkənin uçuruma yuvarlanmaması üçün açıq bir iqtisadi həll təqdim etməlidir.

Biz seçkilərdən sonra müdafiə strategiyalarını istifadə etməyə hazırıq və parlamentin sədri Nəbih Berri, bu strategiyanın qiymətləndirilməsi və araşdırılmasını təklif edən ilk şəxsdir.

Ölkə etnik münaqişələri yaymaq və alovlandırmaq üzərində qurula bilməz və milli planları olmayan liderlər bu cür hərəkətlər edir.

Livanda korrupsiyaya qarşı mübarizə üçün qətiyyətə və cəsarətli siyasi qərarlara ehtiyac var və eyni zamanda Livanın milli birlik hökumətinə ehtiyacı var.

Qərbi Bəkaada Amal hərəkatının namizədi Hizbullahın namizədidir və Hizbullahın Zahlə və Cəbildəki iki namizədi də Amal hərəkatının namizədləridir.

Amal hərəkatının Sur Əl-Zahranidəki namizədi Nəbih Bərridir və o, müqavimət və Hizbullahın namizədidir. Nəbih Berri siyahının sədridir və parlamentin sədri olacaqdır.

Nəbih Berri təkcə Əz-Zahranidə bizim nümayəndəmiz deyil, eyni zamanda özü milli bir himayədardır və onun Livanın sabitliyini dəstəkləməkdə əsas rolu vardır.

Bizim düşmənə mesajımız budur: Biz təhdidlərlə mübarizə edə bilərik və heç vaxt bizim heysiyyətimizə xələl gətirmələrinə icazə verməyəcəyik.

Livandakı qəbilə sistemi, ölkənin problemlərinin həll edilməsində əsas maneələrdən biri sayılır və Livanın irəlilədiyi bu proses faciəyə səbəb olacaq.

Biz Livandakı müxtəlif qrupların görüş və dialoq içərisində olmasını istəyirik. 6 maydakı seçkilərdə iştirak, milli birliyə bağlılıq mesajıdır”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031