Serj Sarkisyan istefa verdi: “Mən səhv etdim”
Mьəllif: admin1
Tarix: 23-04-2018, 21:01
Bцlmə: Xəbərlər
Serj Sarkisyan istefa verdi: “Mən səhv etdim”
Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.

Deyerler.org Armenianreport-a istinadən xəbər verir ki, Sarkisyan istefa verməsilə bağlı xalqa müraciətində bildirib: “Sizlərə dövlət rəhbəri olaraq sonuncu dəfə müraciət edirəm. Nikol Paşinyan (Etirazların lideri) haqlı idi. Mən səhv etdim.

Bu çətin vəziyyətdə bir neçə həll yolu var, ancaq mən bu yolların heç birinə müraciət etməyəcəyəm. Bu mənim tərzim deyil. Vəzifəni tərk edirəm”.

Etirazları qəbul edən Sarkisyan, nümayişçilərə müraciət edərək, belə deyib: “Tələbinizi yerinə yetirirəm. Ölkəmizə sülh, əmin-amanlıq və məntiqlilik arzulayıram”.

Xatırladaq ki, 2015-ci ildə edilən konstitusiya islahatına əsasən, 9 apreldə parlament sisteminə keçən və icra nümayəndəsini prezidentdən baş nazirə verən Ermənistanda, yeni dövrün ilk baş naziri Serj Sarkisyan olmuşdu.

Sarkisyan 17 apreldə parlamentdə keçirilən səsvermədə səs çoxluğuyla baş nazir seçilmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930