Nigeriya xalqı polisin zorakılığına baxmayaraq etiraz aksiyalarını davam etdirir
Mьəllif: admin1
Tarix: 21-04-2018, 22:25
Bцlmə: Xəbərlər
Nigeriya xalqı polisin zorakılığına baxmayaraq etiraz aksiyalarını davam etdirir
Nigeriya xalqı ölkənin təhlükəsizlik qüvvələrinin təzyiqlərinə baxmayaraq, aprelin 20-si paytaxt Abucadakı Milli məsciddə qılınan cümə namazından sonra küçələrə çıxıb, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb ediblər.

Deyerler.org islamicmovement-ə istinadən xəbər verir ki, xalq səsləndirdiyi şüarlarda Şeyx İbrahim Zəkzəkinin həbsdə saxlanılmasının qanunsuz olduğunu vurğulayaraq, hökumətdən Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barəsində verdiyi qərarı icra etməsini tələb edib.

Nigeriyanın Zariya bölgəsinin əhalisi də Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün mitinq keçirib.

Xatırladaq ki, Nigeriyanın Federal Ali Məhkəməsi Şeyx Zəkzəki və xanımının azadlığa buraxılması barədə qərar verməsinə baxmayaraq, bu qərar hökumət tərəfindən hələ də icra edilmir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031