ÜST və UNİCEF hesabatı: "Səudiyyənin hücumları Yəməndə 2 milyon uşağı təhsildən məhrum edib"
Mьəllif: admin1
Tarix: 30-03-2018, 09:37
Bцlmə: Xəbərlər
ÜST və UNİCEF hesabatı: "Səudiyyənin hücumları Yəməndə 2 milyon uşağı təhsildən məhrum edib"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndəki vəziyyətlə bağlı 2017-ci ilin hesabatını dərc edib. Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, hesabatda 16,4 milyon insanın əsas səhiyyə xidmətlərindən məhrum olduğu bildirilib. Bu ölkə əhalisinin təxminən 60% deməkdir.

Hesabata əsasən, 28 milyon əhaliyə malik Yəməndə Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücumları səbəbilə davam edən müharibədə 9245 nəfər həlak olub.

Ölkədəki ölümlərin 50%-i yoluxucu xəstəliklər və qeyri-kafi qidalanmadan qaynaqlanır. Cəbhə bölgələrində yaşayanlar digər bölgələrin sakinlərindən daha pis qidalanır.

Yəməndə səhiyyə xidməti göstərən xəstəxana və ya səhiyyə ocağı kimi yerlərin 50%-i bağlıdır və yaxud qismən xidmət göstərir.

Hesabata görə, 2 ildir ki, vəba epidemiyasının tüğyan etdiyi ölkədə 1 milyondan artıq insan birbaşa bu xəstəliklərdən təsirlənib. Son 2 ildə vəbanın sürətlə yayıldığı bu ölkədə peyvənd və tibbi dəstək çatışmazlığı səbəbilə 2266 nəfər dünyasını dəyişib.

2017-ci ilin sonuna doğru ölkənin 92%-də yayılan və BMT tərəfindən tarixin ən böyük və ən sürətli yayılan vəba virusu adlandırılan xəstəliyin təsirləri hələ də davam edir.

Döyüş bölgələrindən qaçan 3 milyona yaxın insanın 40%-i malyariya təhlükəsi yüksək olan bölgələrdə yaşayır.

Hesabatda Yəməndə yoluxucu xəstəliklərlə yanaşı, ciddi müalicələrə ehtiyacı olan xərçəng xəstələrinin vəziyyətinə də toxunulub. Keçən il 10 minə yaxın insanın məhdud səviyyədə xərçəng müalicəsi ala bildiyi ölkədə, 2018-ci ildə 30 min yeni xərçəng hadisəsinin ortaya çıxacağı ehtimal edilir. Yəməndə xərçəng xəstələrinin yarısı heç bir formada müalicə almır.

BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) 3 ildir müharibənin davam etdiyi Yəməndə ən az 2 milyon uşağın məktəbə gedə bilmədiyini qeyd edib. Hesabatda, 2419 uşağın toqquşmalarda döyüşçü kimi istifadə olunduğu bildirilib.

Hesabatda, ölkədəki müəllimlərin təxminən üçdə ikisinin bir ildən artıqdır maaş ala bilmədiyi və bunun da 4.5 milyon uşağın təhsilini ciddi təhlükə altında saxladığı qeyd olunub.

Bundan başqa, 2500 məktəbin istismara yarasız olduğu və bu məktəblərin 7%-nin hərbi məqsədlər üçün və ya qaçqınların istifadəsinə verildiyi bildirilib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930