ABŞ-ın ilk hicablı xəbərlər diktoru
Mьəllif: admin1
Tarix: 27-03-2018, 21:14
Bцlmə: Xəbərlər
ABŞ-ın ilk hicablı xəbərlər diktoru
ABŞ-ın İlinoys və Ayova ştatlarında yayımlanan WHBF televiziyasında xəbərlər diktoru işləyən 27 yaşlı Tahirə Rəhman, ölkənin gündəlik efir vaxtı olan ilk hicablı xəbərlər diktoru kimi tarixə düşüb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, iki ildən artıq müddətdir eyni kanalda xəbər prodüseri kimi fəaliyyət göstərən T.Rəhmanın anası Hindistan, atası da Pakistan əsillidir. Rəhmanın özü isə Çikaqoda dünyaya gəlib.

Telekanalın xəbər agentliyinin müdiri fevralın 8-də ilk canlı efirə çıxan T.Rəhmanın həddən artıq uğurlu olduğunu və ondan heç vaxt hicabını çıxarmasını istəməyi düşünmədiyini açıqlayıb.

Çikaqonun Loyola Universitetinin hurnalistika fakültəsinin məzunu olan T.Rəhman da mediada işləməyi çox sevdiyini və bir müsəlman kimi işində çox uğurlu olmağı arzu etdiyini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930