Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanadan evə buraxılıb
Mьəllif: admin1
Tarix: 27-03-2018, 10:48
Bцlmə: Xəbərlər
Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanadan evə buraxılıb
Tanınmış filosof, hikmət və mərifət dahilərindən, Qum Dini Elmlər hövzəsinin böyük mərcəyi-təqlid alimi Əllamə Ayətullah Həsənzadə Amuli bu gün xəstəxanadan evə buraxılıb.

Maide.Az “iribnews”-a istinadən xəbər verir ki, ürək çatışmazlığı səbəbilə martın 25-dən Mazandaran əyalətinin Amul şəhərinin İmam Rza (ə) adına xəstəxanasında müalicə alan Ayətullah Həsənzadə Amulinin durumu stabilləşdiyi üçün evə buraxııb.

Əllamə Ayətullah Həsənzadə Amuli kimi tanınan Həsən Təbəri Amuli 1928-ci ildə Amol şəhərinin Larican bölgəsində dünyaya göz açıb.

O tanınmış müctəhid, filosof, hikmət və mərifət dahilərindən və Qum Dini Elmlər hövzəsinin böyük mərcəyi-təqlid alimidir. Həmçinin, Əllamə Ayətullah Həsənzadə Amuli ədəbiyyat, astronomiya, riyaziyyat və tibdə də çoxlu elmi nailiyyətlərə imza atıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930