İraq baş naziri Türkiyənin möhtəməl Sincar əməliyyatı haqda xəbərdarlıq edib
Mьəllif: admin1
Tarix: 27-03-2018, 10:47
Bцlmə: Xəbərlər
İraq baş naziri Türkiyənin möhtəməl Sincar əməliyyatı haqda xəbərdarlıq edib
İslaminSesi.info Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraq baş naziri Heydər əl-Abadi Türkiyə baş naziri Binəli Yıldırımla telefon təmasında olub.

İraq hökumətinin bəyanatına görə, telefon təması zamanı Binəli Yıldırım ilk növbədə bildirib ki, Sincarda PKK-a qarşı əməliyyatla bağlı Bağdadla Ankara arasında razılıq yoxdur. O həmçinin əlavə edib ki, Türkiyə İraqın suverenliyinə hörmətlə yanaşır.

İraq baş naziri Heydər əl-Abadi öz növəsində bildirib ki onun ölkəsinin ordusu, hökumət və federal qüvvələr sərhədləri nəzarətdə saxlayırlar və silahlıların keçməsinə də icazə verməyəcəklər. O həmçinin İraq ərazisinə müdaxilənin rədd ediləcəyini bildirib.

Rəcəb Təyyib Ərdoğan bundan öncə xəbərdarlıq etmişdi ki İraq hökuməti Sincardakı əməliyyatı bacarmasa Türkiyə hərəkətə keçəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930