İsrail rejiminin müdafiə naziri: “Hizbullahla müharibəyə hazır deyilik”
Mьəllif: admin1
Tarix: 26-03-2018, 21:06
Bцlmə: Xəbərlər
İsrail rejiminin müdafiə naziri: “Hizbullahla müharibəyə hazır deyilik”
Sionist İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman Yediot Ahronot qəzetinin təşkil etdiyi konfransda, Qəzza və Livan sərhədindəki cəbhələrlə bağlı vəziyyəti qiymətləndirərkən belə deyib: “Şimali cəbhə olaraq qeyd olunan Livan sərhədində müharibəyə hazır deyilik”.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, cənub cəbhəsi kimi qeyd olunan Qəzzadakı İsrail rejiminin qüvvələrin güclü olduğunu iddia edən Liberman, Şimal cəbhəsinin vəziyyətinin isə çox pis olduğunu bildirib.

Şimal cəbhəsində Hizbullahla müharibəyə hazır olmadığını bildirən Liberman, şimal cəbhəsinin hazır olması üçün oraya ayrılan büdcəyə daha 300 milyon dollarlıq vəsaitin əlavə edilməli olduğunu söyləyib.

Aviqdor Liberman İsrail rejiminin ordusunun Qəzza və Sinay üçün baş verə biləcək hər hansı bir fövqəladə vəziyyətə hazırlıqlı olduğunu iddia edib.

“Şimal və cənub cəbhələrinə ayrılan büdcələrdə ciddi ziddiyətlər var. Ordu cənub cəbhəsinin büdcəsinin Şimal cəbhəsindən 37 dəfə daha çoxdur”, - deyə İsrail rejiminin müdafiə naziri bildirib.

Sionist İsrail rejiminin şimal cəbhəsində yerləşən əraziləri qorumaq üçün 70 milyon dollar büdcə ayırdığını qeyd edən Liberman, cənub cəbhəsi üçün isə 500 milyon dolların ayrıldığını bildirib.

İsrail rejiminin müdafiə naziri cümə günü başlayacağı qeyd olunan “Böyük qayıdış yürüşü”nə dair də açıqlamalar verib. Liberman həm “Böyük qayıdış yürüşü”, həm də Nəqbə günündə ortaya çıxacaq neqativ vəziyyətə müdaxilə etmək üçün təhlükəsizlik qüvvələrinin hazır olduğunu və təşvişə ehtiyac olmadığını deyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930