Yəmən xalqı Səudiyyə rejiminin təcavüzünün üçüncü ildönümündə milyonluq mitinq keçirdi
Mьəllif: admin1
Tarix: 26-03-2018, 21:02
Bцlmə: Xəbərlər
Yəmən xalqı Səudiyyə rejiminin təcavüzünün üçüncü ildönümündə milyonluq mitinq keçirdi
Yəmən xalqı Səudiyyə rejimi və müttəfiqlərinin təcavüzkarlığının üçüncü ildönümünə qarşı paytaxt Sənada milyonluq mitinq keçirib.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Səudiyyə rejimi, BƏƏ və ABŞ-ın apardığı müharibəni pisləmək üçün ölkənin hər tərəfindən böyük dəstələrlə gələn milyonluq kütlə Sənadakı Əl-Sabin meydanına axın edib.

Etirazçılar Səudiyyə rejiminin hərbi təcavüzkarlığının qurbanlarının şəkillərini, Yəmən inqilabının şüarlarını və bayrağını daşıyıblar. Yəmənlilər, həmçinin Ər-Riyadın hava hücumlarını pisləyən və hərbi təcavüzə qarşı müqavimətlərini bildirən şüarlar yazılmış plakatlar da qaldırıblar.

Səudiyyə rejiminin rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci il mart ayının 26-da Yəmənə qarşı başlatdığı hərbi təcavüzkarlıqdan indiyə qədər bu kasıb ərəb ölkəsində14 mindən çox insan həlak olub.

Səudiyyə rejiminin hava hücumları ölkənin infrastrukturunun böyük hissəsini, o cümlədən xəstəxanalar, məktəblər, yol və körpülər, məscidlər, içməli su sistemi və kanalizasiya qurğuları, bazarlar, fabriklər və zavodları ciddi dağıntılara məruz qoymuşdur.

BMT-nin son hesabatına görə, Yəməndə 22.2 milyon insan ərzaq yardımına möhtacdır, o cümlədən 8,4 milyon insan aclıq təhlükəsilə üzləşib.

UNİCEF martın 25-i etdiyi müraciətində, Yəmənin 350 milyon dollarlıq təcili humanitar yardıma ehtiyacının olduğunu qeyd edib.

2017-ci ildə Yəməndə hər gün beş uşaq öldürülüb. Yəmənlərin təxminən 80%-i yoxsulluq şəraitində yaşayır.

Bütün bunlara baxmayaraq, Yəmən xalqı işğalçı və təcavüzkar düşmənə qarşı mübarizədə qətiyyətini davam etdirir və martın 25-i gecə saatlarında Səudiyyə rejiminin paytaxtı Ər-Riyad başda olmaqla, Asir, Nəcran, Cizan və digər əyalətlərinə qarşı ballistik raketlə geniş miqyaslı əməliyyat keçirib.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930