Macarıstanlı qadın İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
Mьəllif: admin1
Tarix: 24-03-2018, 21:51
Bцlmə: Xəbərlər
Macarıstanlı qadın İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
Novruzun ilk günüdə (Hicri şəmsi 1397-ci il) macarıstanlı xristian qadın İmam Rzanın (ə) mütəhhər hərəmində kəlmeyi-şəhadət deyərək, müsəlman olub.

Deyerler.org xəbər verir ki, macarıstanlı qadın Andra İbopa Marşen Məşhəd şəhərində İmam Rzanın (ə) xarici ziyarətçilər işləri idarəsinə gələrək, burada cəfəri fiqhi elmi əsasında İslam dinini qəbul edib.

Xristianlıqdan İslam dininə üz tutan macarıstanlı qadın Asdan News-a müsahibəsində belə danışıb: “Məzhəbi meyllərin çox güclü olduğu bir protestant ailəsində dünyaya gəlmişəm və gənclik dövrümdən başlayaraq, xristianlıq dini ilə bağlı beynimdə bir çox suallar var idi, ancaq bu suallara heç cür cavab tapa bilmirdim və bu məsələ xristianlıq dininə qarşı ümidsiz olmağıma səbəb oldu”.

Macarıstanlı qadın açıqlamasınının davamında belə deyib: “Mənim ailəmin kilsədə böyük nüfuza malik olması və davranışlarımın xristianlıq dəyərlərinə zidd olması səbəbilə ailəm məni getdikcə təcrid etməyə başladı və bu məsələ mənim Türkiyəyə gəlməyimə səbəb oldu.

8 il gizli şəkildə İslam ilə bağlı araşdırma apardım və mənim İslam ilə tanış olmağımın ilk addımı, müsəlmanların məscidlərindən biri və o məsciddə keçirilən mədəni fəaliyyətlər oldu.

Bir çox kitab oxuyaraq beynimdəki sualların cavabını İslam dinində tapdım və İslam dini ilə daha ətraflı tanış olmaq üçün türk dilini öyrəndim və müsəlmanlarla əlaqəmi gücləndirdim”.

Aşura və Kərbəla hadisəsinin şiəliyə istiqamətlənməsinin başlanğıcı olduğunu deyən macarıstanlı qadın delə danışıb:

“Həzrət Zəhra (s.ə) və Həzrət Əlinin (ə) məzlumluğu mənim Əhli-Beytə (ə) sevgi bəsləməyə və cəfəri məzhəbinə istiqamətlənməyimə səbəb oldu.

Mən bu şəkildə bir çox çətinliklərə dözdüm və İslam dini bütün bu çətinliklərə düşməyimə dəyərdi. Öz ailəmdən qovulsam da, İslam Peyğəmbəri (s) və Əhli-Beyti (ə) mənim ailəmin bir hissəsidir və mən özümü onlara ailəmdən daha çox yaxın hiss edirəm.

İmam Rza (ə) ilə görüşmək üçün Məşhəd şəhərinə gəlmədən əvvəl İmam Rzanı (ə) daha çox tanımaq məqsədilə o həzrət ilə bağlı bir filmə baxdım.

Əhli-Beyt (ə) və İmam Rza (ə) ilə bağlı daha çox məlumat əldə edərək, onları həyatımda nümunə götürməyi və inancımı möhkəmləndirməyi ümid edirəm”.



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930