Ayətullah Misbah Yəzdi: “Bu günün insanı yolunu itirib”
Mьəllif: admin1
Tarix: 22-07-2014, 15:11
Bцlmə: Xəbərlər
Ayətullah Misbah Yəzdi: “Bu günün insanı yolunu itirib”

"Dünya əhlinin axmaqlığının sübutu budur: Onlar bir neçə illik rahatlıq və asayişi əbədi olan rahatlığa dəyişiblər"
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, böyük İslam alimi Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi dünya və axirət əhlindən danışıb.

Ayətullah Misbah Yəzdi Əhli-Beyt (ə) sevgisinin Allah (c.c) sevgisinə alternativ olmadığını vurğularaq deyib:

"Heç kim bu iddia edə bilməz və deyə bilməz ki, mən Allahı (c.c) sevirəm, amma Əhli-Beyti (ə) sevmirəm. Dünya əhlinin xüsusiyyətlərindən biri özlərini ağıllı, hər şeyi bilən olaraq görmələridir. Mərifət əhli isə onları axmaq olaraq görür. Axmaq odur ki, bir hədəfi olduğu halda səhv üsullardan və yollardan istifadə edərək hədəfindən uzaqlaşsın. Bu günün insanı təəssüf ki, bu cürdür və yolunu itirmişdir.

Dünya əhlinin axmaqlığının sübutu budur: Onlar bir neçə illik rahatlıq və asayişi əbədi olan rahatlığa dəyişiblər. Halbuki axirət əhli olanlar, dünyada olan rahatlıqlarını yalnız onların axirətdəki əbədi rahatlıqlarını məhv etməməsi şərtiylə qəbul edirlər.

Müvəffəqiyyət qazanmaqda təyin edici əsas faktorlardan biri Allaha təvəkkül etməkdir. İnsan Allah üçün addım atdığı və peyğəmbərlərinin öyrətdiklərinə tabe olduğu müddət ərzində uğura və xilasa çatar. Dünya əhli isə rahatlıq və gözəllik gördükləri zaman hər şeyi unudarlar. Axirət əhli olanlar daima şükür, zikr və istiğfar edərlər. İstiğfar yaşamağın bərəkət qaynağıdır. Bəziləri öz keçmişini və inanclarını diqqətə almadan sırf şəxsi məqsədlərini təmin etmək üçün başqalarını etibarsızlaşdırmağa səy edərlər. Bəziləri də öz məqsədlərini təmin etmək üçün islam düşmənləriylə müttəfiqlik edərlər. Halbuki xaricdən dəstək almaq bir cür axmaqlıqdır. Axirət əhli olanlar hər cür çətinlikdə Allaha sığınarlar. Bu səbəbdən bütün çətinliklərdən başı uca və alnı açıq çıxarlar. Onlar haqqa söykənərlər və Haqdan güc alarlar.

Fəqət dünya əhli olanlar maddi və dünyavi qüdrətlərə sığınarlar. Hətta ABŞ və İngiltərəni narahat edəcək işlərdən kənar durmağın zəruriliyinə inanırlar."
islamazeri.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031