İsrail Ordusu iki ay ərzində 274 uşaq olmaqla, 1319 fələstinlini həbs edib
Mьəllif: admin1
Tarix: 15-03-2018, 20:52
Bцlmə: Xəbərlər
İsrail Ordusu iki ay ərzində 274 uşaq olmaqla, 1319 fələstinlini həbs edib
İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, İsrail Ordusu və polisi yanvar və fevral ayında 1319 fələstinlini həbs edib. Həbs olunanlar arasında 274 uşaq, 23 qadın və qız var.

Bu haqda İnsan haqları müdafiə təşkilatı olan "Əl Mizan", siyasi məhbusların haqlarının müdafiə assosasiyası "Addamir" 13 martda yaydıqları birgə hesabatda məlumat veriblər.

Sənədə görə, Qüdsdə 381, Ramallah və Əl-Birdə 233, Əl-Xəlildə 140, Cənində 133, Beyt Lahmda 118, Nablusda 107, Tulkarmda 59, Qilqiliydə 54, Tubasda 23, Səlfitdə 20, Əl-Ərixdə 21 və Qəzzada 20 nəfər həbs olunub.

Digər məlumata görə, ümumilikdə İsrail həbsxanalarında 63 qadın, 350 uşaq olmaqla 6500 fələstinli məhbus var.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930