ABŞ-dan “İsrail rejimi Hizbullaha hücum edəcək” açıqlaması
Mьəllif: admin1
Tarix: 13-03-2018, 21:46
Bцlmə: Xəbərlər
ABŞ-dan “İsrail rejimi Hizbullaha hücum edəcək” açıqlaması
ABŞ-ın iki senatoru İsrail rejiminin Hizbullah ilə müharibəyə hazırlaşdığını deyib.

Deyerler.org Kudushaber-ə istinadən xəbər verir ki, qısa bir müddət əvvəl işğal altındakı Fələstin torpaqlarına gedərək, İsrail rejiminin rəsmiləri ilə görüşən ABŞ-ın Respublikaçı senatoru Lindsi Qrehem, İsrail rejiminin ağır bir müharibəyə hazırlaşdığını bildirib.

L.Qrehem iclasların birində belə deyib: "Qarşı tərəfin sizdən ən mühüm tələbi sursatdırsa, vəziyyət yəqin ki, yaxşı deyil". Respublikaçı senator bu səfərinin həyatındakı ən gərgin səfər olduğunu deyib.

Həddindən artıq narahat olan L.Qrehem, Hizbullah ilə İsrail rejimi arasında baş verə biləcək müharibənin yaxın olduğunu söyləyib və Hizbullahın silahlanması ilə bağlı İsrail rejiminin narahatlıqlarını qeyd edib.

Sionist rəsmilərilə aparılan danışıqlarda L.Qrehemi müşayiət edən Demokrat partiyanın senatoru Kris Cons da Suriyada baş verən proseslərə istinad edərək, regional proseslərin İsrail rejimini hərəkətə keçməyə məcbur etdiyini iddia edib.

Hər iki senator ABŞ-ın prezidenti Donald Trampı və avropalı müttəfiqlərini İŞİD ilə məşğul olarkən Hizbullahdan yan keçməkdə ittiham ediblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930