Vyanada İran səfirinə hücum edən şəxs öldürüldü
Mьəllif: admin1
Tarix: 12-03-2018, 10:51
Bцlmə: Xəbərlər
Vyanada İran səfirinə hücum edən şəxs öldürüldü
Londondakı İran səfirliyinə hücumdan sonra, Avstriyadakı İran səfirinin evinə hücum edilib.

"İranın Avstriyadakı fövqəladə və səlahiyyətli səfirinin evinə bıçaqlı hücum edən şəxs Avstriya Silahlı Qüvvələri tərəfindən öldürülüb.", - məlumatda bildirilir.

Yerli "Standart" portalı isə, hücumun səfirlikdə baş verdiyini yazıb. Məlumata görə, hücum edən şəxs hərbçini yaralayıb və o, xəstəxanaya çatdırılıb.

Digər əsgər isə onu odlu silahdan atəş açaraq qətlə yetirib. Sayt yazır ki, yaralanan hərbçi, 1994 təvəllüdlü Bauer soyadlı əsgərdir.

Öldürülən şəxsin Avstriya vətəndaşı olduğu önə çəkilsədə, adı açıqlanmır.

İran səfiri Ebadollah Molaei hələki bir açıqlama verməyib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031