İŞİD partlatdığı Yünis Peyğəmbərin məqbərəsinin altında nəyi axtarırdı?
Mьəllif: admin1
Tarix: 6-03-2018, 12:04
Bцlmə: Xəbərlər
İŞİD partlatdığı Yünis Peyğəmbərin məqbərəsinin altında nəyi axtarırdı?
İslaminSesi.info əl-Aan telekanalına istinadla xəbər verir ki, İŞİD “Yunis Nəbi” dağı altında qazıntılardan sonra buradan çoxly tarixi əsərləri oğurlayıb. İraqın müvafiq təhlükəsizlik qurumları və İnterpol-un həmkarlığı nəticəsində buradan oğurlanan əsərlərin təqribən yarısı qaytarılıb. Tarixi Nineva şəhərinin mərkəzi olan bu məqbərə kompleksində saxlanılan “qanadlı şir”dən isə hələ bir xəbər yoxdur.

Yunis Peyğəmbərin məzarının yerləşdiyi kompleks Mosulun şərqində “Yunis Nəbi” təpəsinin üstündə yerləşir. Bu təpə də tarixi Nineva şəhərinin mərkəzi hesab edilir. Bu şəhər e.ə 6-cı yüzilliyə yəni Assuriya şahlarının dövrünə təsadüf edir.

Müsəlmanlar fikirləşir ki bu məkanda yalnız Quranda adı çəkilən Yunis peyğəmbərin məzarı var. Amma İŞİD-in 2015-ci ildəki cinayətindən və məzarın partladılmasından sonra baş verən hadislər əslində burada dünya tarixinin ən qədimi imperatorluqlardan birinin olduğunu sübuta yetib. Məlum olub ki təpə üzərindəki Yunis Peyğəmbərin məzarı əslində həm də böyük bir sarayın üzərində yerləşir.

Bu məlumdur ki Mosulda tarixi Nineva şəhəri bu ərazidə yerləşir və bu sivilizasiya Assuriya İmperiyası dövrünə (e.ə 934-609) təsadüf edir.

İraq Ordusu ərazini terror təşkilatından alandan sonra bura baş çəkən arxeoloqlar partladılmış Yunis Peyğəmbərin məzarının altından İŞİD-in qazdığı tunellərlə rastlaşıblar. Bu tunellər arxeoloqları məzarın altındakı böyük saraya aparıb, çıxarıb. Məlum olub ki, burada 600 ildir bəşərin təmas edə bilmədiyi böyük bir saray var.

Bir çoxları bildirir ki, əslində İŞİD-in məqsədi sırf məzarı partlatmaq deyil, onların ağalarının fərmanını yerinə yetirmək və məzarın altındakı sarayda olan ekspanatları oğurlamaq olub.




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930