Gürcüstan baş nazirinin Ermənistana rəsmi səfəri başlayıb
Mьəllif: admin1
Tarix: 2-03-2018, 12:45
Bцlmə: Xəbərlər
Gürcüstan baş nazirinin Ermənistana rəsmi səfəri başlayıb
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Ermənistana rəsmi səfəri başlayıb.


Gürcüstanın hökumət administrasiyasının verdiyi xəbərə görə, baş naziri Yerevan beynəlxalq hava limanında erməni həmkarı Karen Karapetyan qarşılayıb.


G. Kvirikaşvilinin Ermənistana bir günlük səfəri çərçivəsində Gürcüstan və Ermənistanın hökumət üzvləri arasında geniş tərkibdə görüş keçiriləcək. Gürcüstanın hökumət başçısının Ermənistan prezindenti Serj Sarkisyanla təkbətək görüşü də olacaq.


Gürcüstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinə iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, müdafiə naziri Levan İzoriya və digər rəsmi şəxslər daxildir.
(APA)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930