Səid Həriri Ayətullah Sistani və Heydər əl-Abadiyə gizli məktub yazaraq bunu xahiş edib
Mьəllif: admin1
Tarix: 24-02-2018, 10:41
Bцlmə: Xəbərlər
Səid Həriri Ayətullah Sistani və Heydər əl-Abadiyə gizli məktub yazaraq bunu xahiş edib
Livan Baş naziri Səid Həriri İraq Baş naziri Heydər əl-Abadiyə və İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistaniyə xüsusui məktub yazıb.

Bu barədə Səudiyyə Ərəbistanının "Al-Watan" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Səid Həririnin göndərdiyi iki məktubun məzmunu gizli saxlanılıb. Qəzet iddia edib ki, Səid Həriri bu məktublarda Ayətullah Sistani və Heydər əl-Abadidən "Həşd Şabi" və xalq səfərbərlik qruplarının liderlərinin Livana səfərini dayandırmasını xahiş edib.

Qeyd edək ki, "Əsaibul Əhləl Həqq" hərəkatının baş katibi Qeys əl-Xəzəli və "Nücəba" hərəkatının baş katibi ötən aylarda Livana səfər edərək, İsrail rejimi ilə sərhəddə olublar.
Mənbə:/eastnews/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031