Özbəkistanda ilk dəfə Qurani-Kərim çap olunacaq
Mьəllif: admin1
Tarix: 23-02-2018, 23:36
Bцlmə: Xəbərlər
Özbəkistanda ilk dəfə Qurani-Kərim çap olunacaq
Özbəkistanda ilk dəfə Qurani-Kərim çap olunacaq.

Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, xüsusi bir mətbəə tərəfindən ilkin mərhələdə 50 min ədəd Qurani-Kərim kitabının çap olunmasının planlaşdırıldığı bildirilib. Çapın qiraətlə bağlı qeydləri də özbək dilində olacaq.

Özbəkistanda ilk dəfə Qurani-Kərimin çap edilməsinin 10 gün ərzində başa çatacağı qeyd olunub.

Nəşriyyatın sahibi Məhəmməd İsmayıl belə bir açıqlama ilə çıxış edib: “Şeyx Məhəmməd Salih Məhəmməd Yusifin başlatdığı işi bu gün onun övladları, tələbələri davam etdirir. 50 min ədəd Qurani-Kərim çap olunacaq. Hazırda Qurana ehtiyacımız var. Yenidən çap etmək üçün də müraciət etmişik. İnşəAllah yaxın vaxtlarda xalqımızın əlində olacaq”.

Özbəkistana Qurani-Kərim bu vaxta qədər həmişə digər müsəlman ölkələrindən gətirilirdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930