Müsəlmanlar əleyhinə təbliğat cəmiyyəti zəhərləyir
Mьəllif: admin1
Tarix: 21-02-2018, 21:35
Bцlmə: Xəbərlər
Müsəlmanlar əleyhinə təbliğat cəmiyyəti zəhərləyir
İngiltərə Parlameninin Lordlar Palatasının üzvü Barones Saida Varsi İngiltərə mətbuatını tənqid edib.

Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, O, mətbuatda müsəlmanlar əleyhinə yazılan xəbərlərin cəmiyyəti zəhərlədiyini deyib.

O, son zamanlar müsəlmanlara qarşı nifrət zəminində cinayətlərin artdığını vurğulayıb:

"Vəziyyət 2011-ci ildən daha pisdir. Artıq hər gün İslamafobiya nümunələrini mətbuatda görə bilərik. Bu səbəbdən İngiltərədə müsəlmanlar həyatlarını qorxu içində keçirirlər".

Saida Varsi hicablı qadınların da təzyiqlə üzləşdiyini söyləyib.

O, baş nazir Tereza Mey və müxalifət lideri Ceremi Korbinə çağırış edərək müsəlmanların İngiltərəyə göstərdiyu faydalar haqqında çıxış etməsini istəyib.

Qeyd edək ki, İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031