Gənc müsəlman öz riyazi bilikləri ilə dünyanı mat qoydu
Mьəllif: admin1
Tarix: 15-02-2018, 10:21
Bцlmə: Xəbərlər
Gənc müsəlman öz riyazi bilikləri ilə dünyanı mat qoydu
İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, 13 yaşlı misirli Əbdül Rəhman Hüseyn, bugünlərdə Malayziyada baş tutmuş "Intelligent Mental Arithmetic International Competition" adlı beynəlxalq zehni hesablama turnirinin qalibi olub.

Gənc müsəlman öz mükəmməl riyazi bilik və bacarıqları ilə münsiflər heyəti üzvlərini heyrətləndirib.

Hüseyn 8 dəqiqə içərisində yüksək mürəkkəbliyə sahib 320-dən çox hesab məsələsini həll edib, üstəlik o, kalkulyatordan belə istifadə etməyib.
Gənc və istedadlı riyaziyyatçı 7-14 yaş arası kateqoriyanın qalibi olub.

Turnirdə ümumilikdə dünyanın 70-dan çox ölkəsindən olan 3 minə yaxın insan iştirak edib.

Qeyd edək ki, ötən ay da, o bu tip yarışların qalibi olmuşdu.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930