Misirin "Əl Əzhər" universitetinin ustadlarından İmam Əli (ə) ziyarətgahında şok açıqlamalar...
Mьəllif: admin1
Tarix: 6-02-2018, 15:05
Bцlmə: Xəbərlər
Misirin "Əl Əzhər" universitetinin ustadlarından İmam Əli (ə) ziyarətgahında şok açıqlamalar...
İslamazeri.com ABNA-ya istinadən xəbər verir ki, Misirin "Əl Əzhər" universitetinin ustadları Nəcəfdə İmam Əli (ə) ziyarətgahında olublar. Misirli din xadimləri, ziyarətlərinin hədəfini; "Əl Əzhər" universiteti və Nəcəf Elmi Hövzəsi arasında ikili əlaqələrin inkişaf etdiilməsi olaraq açıqlayıblar.

"Əl Əzhər" ustadı doktor Vəlid Matar İmam Əli (ə) ziyarətgahının xəbər bürosuna verdiyi müsahibədə bunları deyib: "Mütəal Allah bizlərin həmişə ziyarət etməyi arzuladığımız bu müqəddəs məkanları ziyarət etmək nemətini bizə əta edərək, üzərimizə minnət qoydu. Mütəal Allah bu müqəddəs məkanları çox sevdiyim bir ölkə olan İraqda qərar vermişdir."

Matar daha sonra "Mütəal Allah Peyğəmbərimizdən sonra (s.ə) ən yaxşı və xeyirli insanlar olan İmam Əli (ə), İmam Hüseyn (ə) və digər imamların qəbirlərini İraqda qərar vermişdir. Bizlər buralara bu mübarək məkanarı və qəbirləri ziyarət etməyə və şiə qardaşlarımızın nurani üzlərini görməyə gəldik. Bu, şiə qardaşlarımızla vəhdətimizin daha da dərinləşməsinə səbəb olacaqdır.", -deyə əlavə edib.

"Əl Əzhər" ustadı və "Vəchətul Haqq" müəssisəsinin sədri doktor Yusuf Ravab isə ziyarətilə bağlı bildirib: "İmam Əli(ə) ziyarətgahını ziyarət etməmizin əsil səbəbi; Misir "Əl Əzhər" universiteti və Nəcəf Elmi Hövzəsi ustadları arasıda bir rabitə və əlaqə qurmaqdır. Əgər Ayətullah Sistaninin cihad fətvası olmasaydı, təkfirçi terror qruplaşması İŞİD bu gün, bir çox ərəb ölkələrinin paytaxtlarını işğal edəcəkdi. Ayətullah Sistaninin cihad fətvası ilə İŞİD məğlub oldu və İraq xalqı birlik və bərabərliyini qorumuş oldu."
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031