Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti dayandırıldı
Mьəllif: admin1
Tarix: 1-02-2018, 14:53
Bцlmə: Xəbərlər
Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti dayandırıldı
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytulun vəqf və təşkilatlarının fəaliyyəti də dayandırılıb. Məlumata görə, "Furqan" adlı təşkilat və ona tabe olan qurumlar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Rəsmi açıqlamada bildirilir ki, Konstutusiyanın 33-cü, "Türk Mədəni Qanunu"nun 115-ci maddəsinə əsasən "Furkan Eğitim ve Hizmet Vakfı"nın bütün şöbə və təmsilçilikləri müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdır.

Hökümətyönlü medianın bildirdiyinə görə, Kuytula aid qurumların ofisində axtarışlar zamanı 100 min dollara yaxın Türk Lirəsi aşkar edilib.

İstintaq işi mediaya tam açıqlanmasada, Alparslan Kuytulun Afrinlə bağlı açıqlamasına görə, hədəfə tuş gəldiyi, lakin onun dediklərinin ayrı cür sosial mediada paylaşıldığı bildirilir. Furqan təşkilatının tvitterdə buna qarşı kampaniyaya başlaması diqqətdən yayınmayıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930