Ali dini rəhbər: “İŞİD-i yaradanlar, onu Əfqanıstana daşıyır”
Mьəllif: admin1
Tarix: 30-01-2018, 13:24
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “İŞİD-i yaradanlar, onu Əfqanıstana daşıyır”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei dərsi-xarici fiqh elmi üzrə dərsin əvvəlində Əfqanıstanda baş vermiş son terror hadisələrində günahsız insanların həlak olmasına görə təəssüf etdiyini qeyd edərək, ABŞ-ı tənqid edib.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında belə deyib: “İŞİD-i yaradıb, Suriya və İraqda xalqa qarşı cinayət və zülm üçün bir vasitə kimi istifadə edən əllər, bu gün həmin ərazilərdə məğlub edildikdən sonra, İŞİD-i Əfqanıstana daşımağa çalışırlar. ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana daşımaqda əsas hədəfi, bölgədə öz mövcudiyyətini davam etdirmək və sionist İsrail rejimi üçün təhlükəsizliyi yaratmaqdır”.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ-ın dəstəklidiyi terrorçuların şiə və sünni müsəlmanlar arasında heç bir fərq qoymadan dinc insanları hədəfə aldıqlarını qeyd edib.

Ali dini rəhbər amerikalıların bir nömrəli siyasətinin bölgə xalqlarını bir-birlərilə məşğul etmək olduğunu xatırladaraq, ABŞ-ın bu bölgənin əmin-amanlığa qovuşmasını istəmədiyini bildirib: “Bölgə xalqları və dövlətlərini bir-birlərilə məşğul etmək yolu ilə onları hegemonların xəbis ünsürü, yəni sionist rejim ilə mübarizəni unutdurmağa çalışır”.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ-ın inamsızlıq yaratmaqda növbəti hədəfinin də bölgədə öz mövcudluğunu davam etdirmək üçün səbəb yaratmaq olduğunu bildirib: “Amerikalılar Əfqanıstandakı inamsızlığın əsas səbəbkarıdır.

Bu ərazidə təxminən 20 il əvvəldən məzhəb adı altında aparılan soyqırımlar birbaşa və ya dolayı yolla Amerikanın əlaltıları tərəfindən reallaşdı. İndi də, inamsızlıq yaratmaq vasitəsilə öz mövcudluğunu təmin etməyə və siyasi və iqtisadi hədəflərini irəli aparmağa çalışırlar”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031