GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ "DİNLƏR TARİXİ" DƏRSLİYİNİN TƏDRİSİ MÜZAKİRƏ OLUNUR
Mьəllif: admin1
Tarix: 27-01-2018, 14:09
Bцlmə: Xəbərlər
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ "DİNLƏR TARİXİ" DƏRSLİYİNİN TƏDRİSİ MÜZAKİRƏ OLUNUR
Ahlibeyt.ge xəbər verir ki, Tbilisidə Patriarxlıqdakı Gənclər Mərkəzində dini icmaların və QHT-lərin iştirakı orta məktəblərdə “Dinlərin tarixi” mövzusuda dərsliyin əlavə edilməsi müzakirə olunub. Toplantıda dini icma rəhbərləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, Təhsil Nazirliyinin və Parlamentin təhsil və insan hüquqları komitələrinin sədrləri və bir neçə QHT sədrləri çıxış ediblər. Yığıncaqda dərs vəsaitinin necəliyi və tədris edən müəllimlər haqqında fikir mübadiləsi aparıldı və mövzu ilə əlaqədar bir sıra suallar cavablandırıldı.

Yığıncaqda çıxış edən Gürcüstanın Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov dinlərin tarixi dərsliyindən əlavə ilahi dinlərin ümumi dəyərlərini əks etdirən və müəyyən əxlaqi mövzularda (Dinlərin elmə dəvəti, zərərli vərdişlər haqda dinlərin görüşü və vətən sevgisi və insanlarla davranış qaydaları və s. kimi şagirdlərin tərbiyəsi ilə əlaqədar mövzular barədə) dinlərin ortaq fikirlərinin braşur və kitabça şəkilində tədris olunmasını da təklif edib.
GMİ-nin şeyxi Hacı Ramin İgidov bildirib ki, dinin tədrisi ədalətli olmalıdır: “Tədris zamanı dinlərlə bağlı veriləcək məlumatlar ölkədə tolerantlığın möhkəmləndirilməsinə və dinlərarası mehriban dostluq münasibətlərinin genişlənməsinə səbəb olmalıdır”.

O çıxışında Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer aldığını xatırladaraq əlavə edib ki, “Dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqətlə yanaşılmalı və dinə zidd məqamlar yer almamalıdır. Dərsliklərin hazırlanmasında müsəlman icmasının mütəxəssislərinin yaxından iştirakı təmin olunmalıdır”. Görüşdə iştirak edən Təhsil və Elm Nazirliyinin nümayəndəsi dərsliklərdə yanlışlıqların olduğunu qəbul edib və aradan qaldırılması yönündə işlər aparıldığını bir daha təsdiq edib.

GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ "DİNLƏR TARİXİ" DƏRSLİYİNİN TƏDRİSİ MÜZAKİRƏ OLUNUR
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ "DİNLƏR TARİXİ" DƏRSLİYİNİN TƏDRİSİ MÜZAKİRƏ OLUNUR
GÜRCÜSTANDA ORTA MƏKTƏBLƏRDƏ "DİNLƏR TARİXİ" DƏRSLİYİNİN TƏDRİSİ MÜZAKİRƏ OLUNUR
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930