Ayətullah Xameneinin İnqilabın birinci nəslindən, indiki nəslinə ümidi daha çoxdur - SƏBƏB
Mьəllif: admin1
Tarix: 27-01-2018, 12:41
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin İnqilabın birinci nəslindən, indiki nəslinə ümidi daha çoxdur - SƏBƏB
İslamazeri.com xəbər verir ki, İran mediasında "Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisi"nin informasiya saytı bu gün İslam İnqilabının Rəhbərinin 2018-ci il yanvarın 16-da şəhid general Əli Yeylaqinin ailəsilə keçirilmiş görüşdəki çıxışından bəzi mətləbləri yayıblar.

Ayətullah Xamenei çıxışı zamanı "Mənim, məqsədi və imanı düzgün olan təqdirdə, bugünkü gənclərə ümidim, inqilabın birinci nəslinə olan ümiddən çoxdur.", -deyə qeyd edib.

İnqilab lideri bunun səbəbini belə açıqlayıb: "Birinci nəslin gəncləri emosiyalar və həyəcan üzündən iş görüb; onların əksəriyyəti emosiyalar üzündən gedərək, tam şücaətlə casusluq yuvasını aldı, amma sonradan gedib, amerikalılarla söhbət edərək üzr istədilər; bu, o məqsədin dərinliyinin az olmasından irəli gəlir."

Ayətullah Xamenei bugünü gənclərlə bağlı isə bunları deyib: "Bugünkü gənclər nə etdiklərini bilirlər. Bunun bir nümunəsi, Höcəcinin özüdür və bu qəbildən yüzlər, bəlkə də minlərlə nümunə mövcuddur."

Ayətullah Xamenei daha sonra gənclərə tövsiyə edərək "Gələcək sizlərindir. Bu məmləkət sizlərindir. Bacardıqca özünüzü qurun, həm fikri cəhətdən, həm də iman cəhətdən qurun; Allah-Taala ilə ünsiyyət yaradın. Eləyə bilsəniz, bacardığınız qədər gecə namazı qılın; diqqətlə qılın, Quranı oxuyun.", -deyə əlavə edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930