Myanmada 100 il tarixi olan məscid söküldü
Mьəllif: admin1
Tarix: 24-01-2018, 10:05
Bцlmə: Xəbərlər
Myanmada 100 il tarixi olan məscid söküldü
Arakan əyalətinin Mengedu bölgəsində 100 illik tarixi olan qədim məscid Mayanma hökumətinin əmri ilə dağıdılıb.

Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, Myanmalı rəsmilər bu tarixi məscidi bölgədə yerləşən İslami əsərlərin məhv edilməsi siyasətinin davamı kimi bilərəkdən və planlı şəkildə dağıdıb.

Məscid Myanmada müsəlmanların sıx yaşadığı Arakan əyalətinin Mengedu şəhərində Dargə kəndidə yerləşirdi. On illlərlə möhkəm dayanan bu məscidin bir neçə gün öncə dağıdıldığı bildirilir.

Qeyd edək ki, Məsciddə bir neçə il öncə təmir və bərpa işləri görülmüş, divarları bərkidilmişdi.

Xatırladaq ki, indiyədək Myanmada 100 ildən daha çox tarixi olan bir neçə məscid ötən ilin Avqust ayından sonra bölgədə yaşayan müsəlmanlara qarşı hökumətin və ifratçı buddistlərin hücumları nəticəsində dağıdılıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930