Əli Əkbər Vilayətidən: “İransız heç bir ölkə regionda fəaliyyət göstərə bilməyəcək”
Mьəllif: admin1
Tarix: 23-01-2018, 21:29
Bцlmə: Xəbərlər
Əli Əkbər Vilayətidən: “İransız heç bir ölkə regionda fəaliyyət göstərə bilməyəcək”
Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Amerikanın İraq və Suriyanı parçalamaq istədiyini, ancaq böyük bir məğlubiyyətlə üzləşdiyini deyib.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti “Müqavimət cəbhəsində Qüdsün azadlığı” adlı konfransda, müqavimət cəbhəsinin regionda davam etdirdiyi mübarizəyə toxunub. “Regionumuzun adı Yaxın Şərq deyil, Qərbi Asiya olaraq dəyişdirilmişdir. Bu imperializmə qarşı verdiyimiz mədəni mübarizənin bir nümunəsidir. Qərbi Asiya hər vaxt İslam dünyasının qəlbi kimi qalacaq”, - deyə Vilayəti bildirib.

İmperializmin tarix boyu regiona hakim olmağa çalışdığını vurğulayan Ə.Ə.Vilayəti, indi isə imperializmin özünü Fələstin torpaqlarında göstərərək, 1897-ci ildə qəbul edilən bir qərarla bölgəni yəhudilər üçün bir mərkəzə çevirdiyini qeyd edib: “1916-cı ildə imzalanan “Sykes Picot” müqaviləsi ilə Qərbi Asiya torpaqları bölünəndə, Böyük Britaniya Fələstin və İraq torpaqları üzərində haqqının olduğunu iddia edərək, bölgənmi yəhudiləşdirməyə çalışdı. Amerika və Avropanın genişləndirilmiş Yaxın Şərq layihəsində məqsədləri Qərbi Asiyada sərhədləri dəyişdirmək, Qafqaz və Orta Asiyaya qədər genişləndirməkdir.

Onlar bu layihə daxilində Çin və Rusiya sərhədlərinə hakim olmaq istəyirlər. Misirdə Nil çayını müharibə meydanına çevirdilər, Somali illərdir ki, hər hansı bir dövlət hakimiyyəti olmadan idarə olunur, Liviyada isə Tripoli, Benqazi və Seratda üç müxtəlif hökumət var. Onlar Suriyada da eyni ssenarilərini həyata keçirmək istədilər, ancaq İranın yardımları ilə Suriya hələ də ayaq üstə dayanıb”.

Suriyadan sonra İranı hədəfə almaq istədiklərini deyən Ə.Ə.Vilayəti, sözlərini belə davam etdirib: “Bu arzularını ilk dəfə İraqda, yeni Kürdüstan dövlətinin qurulmasını təmin etməklə həyata keçirmək istədilər. İranın yardımı ilə İraqın ərazi bütövlüyü qorunmuş oldu”.

Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri İranın niyə İraq, Suriya və Livana yadım etməsilə bağlı verilən sualı belə cavablandırıb: “Əgər ölkəmizi müdafiə etməyə sərhədlərdən kənardan başlamasaydıq, düşməni ölkə içərisində qarşılamalı olacaqdıq. İraqın şimalında qurulacaq bir Kürdüstan dövləti sərhədlərimizdə İsrail rejiminin mövcud olacağı deməkdir”.

Amerikanın İraq və Suriyanı parçalamaq istədiyini bir daha vurğulayan Vilayəti, çıxışının davamında İraqda keçiriləcək seçkilərin konstitusiyaya uyğun bir şəkildə reallaşacağını qeyd edib.

Vilayəti Suriyada imperializmin böyük bir məğlubiyyətlə üzləşdiyini deyib. O, regionda baş verən hadisələr qarşısında səssiz qalacaqları təqdirdə, Suriyada baş verənləri öz ölkələrində də təcrübə edə biləcəklərini qeyd edib: “İraq, Suriya, Livan və Fələstində həssas bir proses baş verir. Hərbi qüvvələrimiz İraq və Suriyada olaraq, bölgənin ərazi bütövlüyünü qorumalıdır”, - deyə o, bildirib.

Əli Əkbər Vilayəti çıxışının davamında, Türkiyənin Afrin əməliyyatını da qiymətləndirib. O, İran olmadan regionda heç bir ölkənin fəaliyyət göstərə bilməyəcəyini söyləyib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031