Oxfam: “2043 nəfər milyarder, 3.7 milyard insan isə yoxsuldur”
Mьəllif: admin1
Tarix: 22-01-2018, 20:41
Bцlmə: Xəbərlər
Oxfam: “2043 nəfər milyarder, 3.7 milyard insan isə yoxsuldur”
Oxfam beynəlxalq yardım təşkilatı dünyadakı milyarderlərin sayının artması və gəlir ədalətsizliyinə diqqət çəkmək üçün yeni hesabatını hazırlayıb.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən varlı 1%-lik təbəqəsi ötən il formalaşdırılan beynəlxalq sərvətin 82%-nə sahibdir.

Oxfam, əhalinin ən yoxsul təbəqəsinin 50%-ni təşkil edən 3.7 milyard insanın isə bu “tortdan” heç bir pay almadığını açıqlayıb.

Hesabata əsasən, 2010-cu ildən etibarən milyarderlərin sərvəti sadə işçilərə nisbətən 6 dəfə daha sürətlə artıb və milyarderlərin sayı rekord səviyyə olan 2043-ə yüksəlib.

DW-nin xəbərinə görə, Oxfamın direktoru Vinni Byanyima, milyarderlərin sayının artmasının inkişaf edən bir iqtisadiyyatın yox, uğursuz olan iqtisadi sistemin təzahürü olduğunu deyib.

Hesabatda qadınların kişilərdən daha az pul qazandığı və ən aşağı maaşlı işlərdə işlədiyi qeyd olunub və hər 10 milyarderdən 9-nun kişi olduğu açıqlanıb.

Oxfam, artan bərabərsizliklə mübarizə üçün hökumətləri səhmdar və baş direktor səviyyəsində işləyənlərin gəlirlərini məhdudlaşdırmağa, bərabər işə bərabər pul verməyə, vergidən yayınanlara zərbə vurmağa, səhiyyə və təhsilə daha çox büdcə ayırmağa çağırıb.
Deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031