Gürcüstanda milli azlıqlara dövlət dilinin tədrisi üçün proqramlar həyata keçiriləcək
Mьəllif: admin1
Tarix: 19-01-2018, 23:05
Bцlmə: Xəbərlər
Gürcüstanda milli azlıqlara dövlət dilinin tədrisi üçün proqramlar həyata keçiriləcək
“Gürcüstandakı milli azlıqlara dövlət dilinin yüksək səviyyədə tədrisi üçün bir sıra proqramlar nəzərdə tutulub”.

Bunu Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri deyib. O bildirib ki, bu məqsədlə milli azlıqların təhsil aldıqları orta məktəblərə gürcü dili üzrə müəllimlər göndəriləcək.

Nazir müavini əlavə edib ki, yeni milli tədris proqramı çərçivəsində 1-6-cı siniflər üçün dərsliklərin seçilməsi prosesi aparılır: “Yeni tədris planı üzrə bu siniflər üçün müxtəlif müəlliflərin dərslikləri hazırdır. Hazırda onlar arasında seçim aparılır. Bütün kriteriyalara cavab verənlərə dərslik statusu veriləcək”.
(APA)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031