Marneulidə qatar 12 yaşlı uşağı vurub
Mьəllif: admin1
Tarix: 18-01-2018, 22:56
Bцlmə: Xəbərlər
Marneulidə qatar 12 yaşlı uşağı vurub
Marneulidə qatar 12 yaşlı uşağı vurub.

Marneulidəki 2 nömrəli ictimai məktəbin 7-sinifində oxuyan məktəbli oğlan evə gedərkən dəmir yolunu keçəndə qəflətən qarşı tərəfdən gələn sürət qatarını görməyib və nəticədə qatar onu vuraraq kənara tullayıb. Hadisə yerinə gələn təcili yardım maşını məktəblini Marneulidəki “Aversi” klinikasına çatdırmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Həyatını itirən Vladislav Uşanqiyeviç Gevorgizov adlı uşağın Marneulidəki İlya Çavçavadze küçəsində yaşadığını və evlərinin dəmir yolu yaxınlığında olduğunu bildiriblər. 2005-ci ildə anadan olan uşaq 18.20-də məktəbdən çıxıb və 18.30-da onu qatar vurub.

Qeyd edək ki, uşaq baş nahiyəsindən yaralanıb.

Faktla bağlı Gürcüstan CM-nin 2017-ci (e) maddəsinin 3-cü bəndinə əsasən cinayət işi qaldırılıb. Araşdırma aparılır.


www.gaxa.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930