`ABŞ və sionist rejiminə kömək edən ölkələr İslam ümmətinə xəyanət edirlər` - FOTO
Mьəllif: admin1
Tarix: 16-01-2018, 22:41
Bцlmə: Xəbərlər
`ABŞ və sionist rejiminə kömək edən ölkələr İslam ümmətinə xəyanət edirlər` - FOTO
Ali Rəhbər Ayətullah Seyid Əli Xameni bu gün Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının 13-cü konfransı iştirakçıları ilə görüşüb.

Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei çıxış edərək bildirib ki, İslam dünyası əsas məsələlərdə mövqeyini aydın şəkildə və uca səslə ortaya qoymalıdır. “Fələstin və İslam dünyasının birliyi iki əsas məsələdir. Həmçinin elmi inkişaf üçün çalışmaq bu qəbildəndir. İran İslam Respublikasının təcrübəsi göstərdi ki, çalışmaq və gəncələrə arxalanmaqla elmi təcrübələri inkişaf etdirmək və sərhədləri aşmaq mümkündür.”

Ayətullah Xamenei bildirib ki, İslami ölkələr və dövlətlərin dünyada baş verən önəmli dəyişikliklər qarşısında tarixi və dini öhdəlikləri var. “İslam dünyası bu gün əsas və önəmli məsələlərdə rol oynamalı, ötən onlliklərin acı təcrübəsinin, hegemonların sültəsi və onun təsirinin təkrarlanmasına icazə verməməlidir.”

Ali Rəhbər qeyd edib ki, Parlament Assambleyasının 13-cü konfransında Kəşmir və Myanma müsəlmanlarının problemləri kimi mühüm məsələlərə toxunulsa da, lakin bəzi məsələlər kənarda qalıb. “Yəmən və Bəhreyn problemi ən önəmli məsələlərdəndir ki, çox ağır, dərin yaradır və həll olunmalıdır. İslam dünyasında qardaşlarıma tövsiyəm budur ki, önəmli məsələlərdə açıq fikir söylərək xalqın təfəkkürünə təsir etməklə hərəkət yaratsınlar. Sizi görməməzlikdən gəlməyə qoymayın. Düşmənin sizə qarşı istifadə etdiyi susmaq hiyləsi ilə islam aləminin əsas və önəmli problemlərinin kölgədə qalmasına icazə verməyin. Sionistlərin əlində olan qərbin təhlükəli və vahiməli təbliğat imperatorluğunun bu məsələlərə biganə yanaşmasına icazə vermək olmaz. Fələstin bizim ən önəmli məsələmizdir ki, ümumiyyətlə buna biganə yanaşılır.”

Ayətullah Xamenei Qüds məsələsinə də toxunub. “İnanıram ki, sionist rejimi ilə mübarizə öz səmərəsini verəcək, necə ki, bu gün müqavimət irəliləməkdədir. Baxın bir vaxtlar bunlar (sionistlər) Nil çayından Fərata kimi “dövlət” quracaqlarını iddia edirdilər. Lakin bu gün sionistlər əllərində olan işğal olunmuş ərazilərdə özlərini qorumaq üçün ətraflarına divar çəkirlər. Fələstin bir xalqdır, bir ölkə və bir tarixdir. Fələstin Nəhrdən Bəhrə kimidir və Qüds şübhəsiz onun paytaxtıdır. ABŞ bu gün Qüdsə qarşı açıq- aşkar səhvlər edir. Lakin, heç bir nəticə əldə etməyəcək və etməyə də qadir deyil. ABŞ və sionist rejiminə kömək edən ölkələr əslində xəyanət edirlər. Eynilə Səudiyyə Ərəbistanın etdiyi kimi. Bu iş İslam aləmi və ümmətinə xəyanətdir.”

Ayətullah Xamenei İslam ölkələrini sionist rejim üçün əmin-amanlıq yaranmasına imkan verməməyə çağırıb. “İslami vəhdət məsələsi çox önəmlidir. İslam aləmində bizimlə açıq-aşkar düşmənçilik edənlərlə belə, qardaş kimi davranmağa hazırıq. Böyük əhalisi və geniş imkanları olan İslam dünyası birləşərək beynəlxalq aləmdə böyük və təsiredici gücə malik ola bilər. Müsəlman ölkələrində baş verən müharibələr dayandırılmalıdır. Sionist rejiminə əmin-amanlıq yaranmasına imkan verməməliyik. İslam düşmənlərinin bir məqsədi var, o da budur ki, sionist rejim təhlükəsizliyini təmin etmək üçün müsəlmanlar arasında çaxnaşma salıb, qan töksünlər. Buna mane olmalıyıq.”

Ayətullah Xamenei bildirib ki, İslam ölkələri üçün önəmli məsələlərdən biri də budur ki, elmi inkişafa səy göstərməlidirlər. “Qərb dünyası elmin sayəsində gücə və sərvətə sahib olub lakin, iman və ləyaqətləri olmadığı üçün bunu zülm etməyə sərf edirlər. Biz xüsusən gənclərin elmdə irəliləməsi üçün səy göstərməliyik. Bu mümkün olan işdir. Bu gün İran elmin sayəsində inkişafın ən yüksək mərhələsindədir. Böhran vaxtı məhz elmin sayəsində sərhədləri aşa bildik, inkişaf etdik. Lakin, keçmişdə çox geridə qalmışdıq. Bu gün gənclərimiz artıq tibbdə, nano texnologiya, kök hüceyrələri, nüvə elmi və bir sıra başqa sahələrdə çalışırlar, böyük nailiyyətlər əldə edirlər.”

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031