Bağdadda dəhşətli terakt: 16 ölü, 90 yaralı
Mьəllif: admin1
Tarix: 15-01-2018, 14:55
Bцlmə: Xəbərlər
Bağdadda dəhşətli terakt: 16 ölü, 90 yaralı
İraqın paytaxtı Bağdadda həyata keçirilən 2 ardıcıl intihar hücumunda 16 nəfərin həlak olduğu və 65 nəfərin yaralandığı bildirilib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Səəd Əl-Maan yazılı açıqlamasında bu barədə qeyd edib.

Ölən və yaralanların yaxın ətrafdakı xəstəxanalara yerləşdirildiyi qeyd edilib.

Təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamaya görə, hücum inşaat işçilərinin gündəlik iş tapmaq məqsədilə hər səhər toplaşdıqları Əl-Tayaran meydanında baş tutub.

Noyabr ayında Bağdadda həyata keçirilən iki intihar hücumunda 17 nəfər həlak olmuş, 28 nəfər də yaralanmışdı.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031