Peyğəmbərlərin arzusu olan İslam İnqilabı İmam Xomeyninin əli ilə həyata keçdi - İraqlı müctəhid
Mьəllif: admin1
Tarix: 12-01-2018, 21:36
Bцlmə: Xəbərlər
Peyğəmbərlərin arzusu olan İslam İnqilabı İmam Xomeyninin əli ilə həyata keçdi - İraqlı müctəhid
“Allah bu İran İslam Respublikasını şiə üçün təsis edib. Ona rəhbərlik edən təqlid mərcələrindən və fəqihlərindən biridir. Bu şəxs müsəlmanların ümid yerlərindən biridir. İnqilab qələbə çalanda şəhid Məhəmməd Baqir Sədr bilirsiz nə dedi?! Mən və cümə şəhidi İkinci Şəhid Sədr də orada idi. Dedi ki Allah, bu kişinin əli ilə bütün peyğəmbər və saleh bəndələrin arzusunu həyata keçirdi”

İslaminSesi.info xəbər verir ki, bunu İraqın tanınmış müctəhidlərindən və Kərbəlanın xətiblərindən biri Ayətullah Seyid Yasin Musəvi deyib.

Xütbə əsnasında İranda baş verən son hadisələrə toxunan Ayətullah Seyid Yasin Musəvi bəzi dindarların bu hadisələrə görə narahat olmasının yersiz olmadığını bildirib və İran İslam Respublikası üçün dua edib.

O deyib: “İran İslam Respublikası məsələsi bir Ruhani administrasiyası və ya Əhmədinejad administrasi, əl-Abadi və əl-Maliki hökuməti kimi bir şey deyil. Bu islami bir rejimdir. Bu administrasiyalar dini məsələlərə aid deyil, gəlib gedəndirlər. Biz indi islami rejimdən, şiə və vilayəti-fəqih rejimindən danışırıq. Bu, azandakı “Əliyyən vəliyullah” şüarını qiyamətə qədər qalmasını təmin edir”

Ayətullah Seyid Yasin Musəvi xütbəsinin bir hissəsində bildirib ki, İran İslam Respublikası islam dünyasını və şiə dünyasını hifz edən əsas sistemdir.






Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031