Gürcüstan İnterpol siyahısında rekord vurub: 39 faiz
Mьəllif: admin1
Tarix: 2-01-2018, 22:10
Bцlmə: Xəbərlər
Gürcüstan İnterpol siyahısında rekord vurub: 39 faiz
İnterpolun axtarış siyahısında 160 nəfər var. İkisi qadın olmaqla onlardan 63 nəfəri Gürcüstan vətəndaşıdır.

Axtarışa verilən şəxslər əsasən insan qaçalmalçılığı, sərhədi qanunsuz keçmə və sənəd saxtakarlığına görə axtarılır. Axtarışda olan Gürcüstan vətəndaşları arasında ən gənci əslən azərbaycanlı olan 21 yaşlı Namiq Hüseynovdur. O, bədənə qəsdən xəsarət yetirmək və xuliqanlıqda ittiham olunur. Ən yaşlısı isə 79 yaşlı Aslan Abaşidzedir. O, hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə, mənimsəmə və ya dövlət vəsaitini israf etmə, eləcə də Acarıstanın keçmiş rəhbəri vəzifəsindən sui-istifadədə ittiham edilir. Axtarışa verilən həmin şəxslərin 10-u (15%) etnik azərbaycanlılardır.

27 axtarış isə qətl və ya sui-qəsddə aiddir.

Gürcüstan vətəndaşları daha çox sərhədi qanunsuz keçmə və ya sənəd saxtakarlığına görə axtarırlar. İnterpolun axtarış sisteminə əsasən, axtarışda olan 63 Gürcüstan vətəndaşından 28-i Rusiya tərəfindən axtarışa verilib.

Həmin şəxslər arasında Rusiya tərəfindən terrorçuluqda təqsirli bilinən 25 yaşlı Aydan Qəribova da var.

Azərbaycan da 5 nəfər Gürücstan vətəndaşını İnterpol vasitəsi ilə axtarışa verib.

İnterpolun itkin düşmüş şəxslər siyahısında isə daha 18 nəfər Gürcüstan vətəndaşı var.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031