Ayətullah Xamenei Tehrandan son hadisələrlə bağlı dünyaya mesaj verdi
Mьəllif: admin1
Tarix: 2-01-2018, 16:38
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Tehrandan son hadisələrlə bağlı dünyaya mesaj verdi
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei İrandakı hadisələrlə bağlı danışıb. Ayətullahül-üzma Xamenei şəhid ailələri ilə həftəlik görüşündə İran xalqının izzəti, təhlükəsizlik və tərəqqisinin şəhidlərin fədakarlığına borclu olduğunu bildirib.

Son hadisələrə və düşmənlərin İran islami quruluşuna zərbə vurmaq cəhdlərinə toxunan Ayətullah Xamenei deyib: "Düşmənə və onun düşmənçiliyinə mane olan amil xalqdakı şücaət, fədakarlıq və iman ruhudur."

İslam İnqilabının rəhbəri düşmənin həmişə İran xalqına nüfuz edib ona zərbə endirmək fürsətini gözlədiyini bildirərək "Son günlərin hadisələrində İran düşmənləri pul, silah, siyasət və təhlükəsizlik aparatı kimi ixtiyarlarında olan müxtəlif vasitələrlə islami quruluşa problem yaratmaq üçün müttəfiq oldular.", - deyə əlavə edib.

Ayətullah Seyid Əli Xamenei bildirib ki, baş verən hadisələrlə əlaqədar öz fikirləri var və vaxtı gəldikdə bu fikirləri xalq ilə bölüşəcək.

Həzrət Ayətullahül-üzma Xamenei şücaət və fədakarlıq əhval-ruhiyyəsinin düşmənlərin öz düşmənçiliklərini həyata keçirmələrinə mane olduğunu bildirərək şəhidləri bu kimi əhval-ruhiyyənin kamil nümunəsi adlandırıb: "İran xalqı evindən və ailəsindən ürəyini üzərək qərb, şərq və regionun irticaçıları tərəfindən himayə olunan xəbis düşmən qarşısında sinəsini sipər etmiş şəhidlərə sonsuza qədər borcludur."

İslam inqilabının rəhbəri Asiyanın qərbi və Afrikanın şimalında bəzi ölkələrin acınacaqlı durumunu xatırladıb: "Qəbul etdirilmiş müharibədə düşmənin ayağı İrana açılsaydı heç nəyə rəhm etməyəcəkdi və İran bugünkü Liviya və Suriyadan daha pis duruma düçar olacaqdı."
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031