İşğalçı İsrail rejimi Qüdsün statusunu dəyişən qalmaqallı qanunu qəbul edib
Mьəllif: admin1
Tarix: 2-01-2018, 10:55
Bцlmə: Xəbərlər
İşğalçı İsrail rejimi Qüdsün statusunu dəyişən qalmaqallı qanunu qəbul edib
İşğalçı İsrail rejim parlamenti Qüdsün statusunu dəyişdirən qanunu təsdiqləyib.

Maide.Az “haberler.com”-a istinadən xəbər verir ki, BMT və dünya ictimaiyyətinin Qüdsü Fələstin torpaqları tanımasına baxmayaraq, işğalçı rejim Knessetində verilən qərarla Qüds şəhəri vahid bir şəhər və İsrailə aid şəhər kimi elan olunub.

İşğalçı rejim baş naziri Binyamin Netanyahunun lideri olduğu Likud partiyasının Mərkəzi Komitəsi də ötən gecə işğal altındakı Fələstin torpağı İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin İsrailə ilhaq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

İsrail məclisində (Knesset) təqdim edilən layihələr qanuni qüvvəyə minməsi üçün üç fərqli iclasda müzakirəyə çıxarılaraq təsdiqlənməlidir.

HƏMAS İsrail rejimi ilə sülh prosesini dayandırmağa çağırış etdi

Həmas Fələstin rəhbərliyinə, işğal altındakı Qərbi şəriyədə olan qeyri-qanuni yəhudi məskunlaşma məntəqələrinin İsrailə ilhaq edilməsini nəzərdə tutan qanun layihəsinin təsdiq edilməsinə etiraz olaraq “sülh prosesini dayandırmağa” çağırış edib.

Bu barədə HƏMAS mətbuat katibi Əbdüllətif əl-Kanu yazılı açıqlama verib.

Açıqlamada iqtidardakı Likud Partiyası Mərkəzi Komitəsinin Fələstin torpağı olan İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin İsrailə ilhaq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsinə qarşı "təhlükəsizlik koordinasiya ilə sülh prosesinin dayandırılmalı lazım olduğunu" bildirilib.

Şərqi Qüds və qərbi şəriyə 1967-ci ildən işğalçı rejim İsrail tərəfindən qəsb edilib. İnşa etdiyi divarla bu iki böləgini bir-birindən ayıran İsrail, Qərbi şəriyədə yaşayan fələstinlilərin şərqi Qüdsə keçişinə maneə yaradır.

İşğal altında olan Şərqi Qüdsdə 200-dən çox yəhudi məskunlaşma məntəqəsi salınb. Qərbi şəriyədə isə 400-dən çox yəhudi məskunlaşma məntəqəsi salınıb. Beynəlxalq qanunlara görə, bu bölgələrdə olan bütün yəhudi yaşayış məntəqələri "qanunsuz" sayılır.

İşğalçı rejim iki milyona yaxın fələstinlinin yaşadığı Qəzza zolağını 2007-ci ildən mühasirədə saxlayır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930