İran xalqı İslam inqilabına dəstək üçün milyonluq mitinqlər keçirdi
Mьəllif: admin1
Tarix: 31-12-2017, 10:29
Bцlmə: Xəbərlər
İran xalqı İslam inqilabına dəstək üçün milyonluq mitinqlər keçirdi
İranda 2009-cu il 30 dekabr “Milli iradə” dastanının növbəti ildönümü münasibətilə ölkənin bir çox şəhərində milyonlarla insan küçələrə çıxaraq, İslam inqilabına bir daha dəstəyini bəyan ediblər.

Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, paytaxt Tehrandakı İmam Xomeyni məqbərəsində “9 Dey - Milli iradə dastanı” tədbiri izdihamlı xalqın iştirakı ilə keçirilib. İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi Ayətullah Möhsün Əraki mərasimdə etdiyi çıxışında, belə danışıb: "Düşmən bilməlidir ki, bütün fitnələri, təxribatları və hiylələri İran xalqının iradəsində ən kiçik bir təsir də qoymayacaq".

İran xalqının fitnələr qarşısında bir neçə min illik təcrübəsinin olduğunu, Amerikanın da qarşısında müqavimət göstərəcəyini deyən Ayətullah Əraki, düşməni İrana qarşı təşəbbüs etməsinə görə peşman edəcəklərini bildirib. Ayətullah Əraki İran xalqının həmişə İslam nizamının yanında olduğunu və öz iradəsini bu istiqamətdə ortaya qoyduğunu söyləyib.

İranın Məşhəd, Həmədan, İsfahan və digər böyük şəhərlərində də xalq xarici müdaxilələrə qarşı müqavimətini göstərmək üçün milyonluq mitinqlər keçirib. Mitinqlərdə “Ölüm olsun Amerikaya”, “Ölüm olsun sionist İsrailə” şüarları səsləndirilib.


İran xalqı İslam inqilabına dəstək üçün milyonluq mitinqlər keçirdi
İran xalqı İslam inqilabına dəstək üçün milyonluq mitinqlər keçirdi
İran xalqı İslam inqilabına dəstək üçün milyonluq mitinqlər keçirdi
İran xalqı İslam inqilabına dəstək üçün milyonluq mitinqlər keçirdi

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930