Vilayəti: "Şərqi-qərbi Qüds yoxdur, bir Qüds var o da Fələstinin paytaxtıdır"
Mьəllif: admin1
Tarix: 28-12-2017, 20:41
Bцlmə: Xəbərlər
Vilayəti: "Şərqi-qərbi Qüds yoxdur, bir Qüds var o da Fələstinin paytaxtıdır"
Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İstanbulda toplaşan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds qərarını tənqid edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti mətbuata açıqlamasında belə deyib: “Bu qərar Fələstin torpaqlarını və Qüdsü bölmək deməkdir. Bizim üçün şərqi və qərbi Qüds adlı bir şey yoxdur. Bir Qüds var, o da Fələstinin paytaxtıdır”.

Həmçinin Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi olan Ə.Ə.Vilayəti, keçirdiyi mətbuat konfransında bunları deyib: “İslam Əməkdaşlıq Təşkilatının qətnaməsi qəti deyil və Fələstini iki yerə ayırmışdır. Bu, İran İslam Respublikasının mövqeyinə ziddir. Bu qətnamədə Şərqi Qüdsün Fələstinin paytaxtı olacağı açıqlanmışdır, amma biz Qüdsün tamamilə fələstinlilərə aid olduğuna inanırıq. Bizim iki bölgəmiz, iki Fələstinimiz yoxdur və İran İslam Respublikası bu məsələdə fikirlərini açıqlamışdır. İƏT-də təsdiq olunan, reallıqla uyğun gəlmir. Çox yaxın bir vaxtda Ümumdünya İslami Oyanış Assambleyasının Ali Şurasının görüşü keçiriləcək və qərarlarımızı alacağıq”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımasından sonra, dekabrın 13-ü İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İstanbulda keçirdiyi sammitdə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyan qətnamə qəbul etmişdi.

Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930