Atadan gənc oğluna həyatını dəyişəcək ibrətamiz dərs
Mьəllif: admin1
Tarix: 27-12-2017, 10:51
Bцlmə: Xəbərlər
Atadan gənc oğluna həyatını dəyişəcək ibrətamiz dərs
Bir gün bir gənc atasından həyatının qiymətini soruşdu. Atası isə cavabında ondan həyətdən bir daş götürüb aparıb marketdə satmasını istədi və ondan xahiş etdi ki, kimsə qiymətini soruşsa yalnız iki barmağını qaldırsın. Gənc daşı götürüb marketə yollandı. Marketdə bir qadın ondan daşın qiymətini soruşanda atasının dediyi kimi iki barmağını qaldırdı. Qadın dedi ki, mən bu daşı öz bağıma qoymaq istəyirəm. 2 dollar? -qadın onun iki barmağına baxıb soruşdu.

Oğlan isə evə dönərək bunu atasına söylədi. Bu dəfə atası onu daşla muzeyə göndərdi . Eyni ilə marketdə olduğu kimi iki barmağını qaldırmağını söylədi. Gənc daşı götürüb muzeyə yollandı. Muzeydə həmin daşa baxan onun qiyməti ilə maraqlandı. Gənc heç nə demədən iki barmağını qaldırdı. Muzey işçisi: 200 dollar -deyə sual verdi. Gənc bu sözdən şoka düşərək evə qaçdı və muzeydə təklif olunan qiymətdən atasına bəhs etdi. Atası təmkinlə onu dinləyib dedi: "İndi səni daha bir yerə göndərəcəm. Bu daşı qiymətli daşlar mağazasına apar və yenə heç nə söyləmədən iki barmağını qaldır".

Gənc atasının dediyi kimi etdi. Daşı görən mağaza sahibi ondan bu daşı haradan əldə etdiyini soruşdu. Daha sonra bildirdi ki, bu dünyada ən nadir daşlardan biridir. Qiyməti ilə maraqlananda gənc həminki qayda ilə iki barmağını qaldırdı. 200 min dollar- deyə mağaza sahibi qiyməti elə qoydu. Gənc nə deyəcəyini bilmədi. Atasının yanına qaçaraq olanları danışdı. Bu zaman atası gülümsəyərək dedi: İndi sən həyatının qiymətini bildin? Sən indi anladın ki, sənin harada doğulmağının, dərinin rənginin və nə qədər pula malik olmağının heç bir fərqi yoxdur. Ən əsas məsələ budur ki, sən ozünü səni əhatə edənlərə necə təqdim edirsən.

Bütün həyatın boyunca özünü necə aparacağını seçirsən. Özünü 2 dollarlıq daş kimi təqdim edə bilərsən, amma hər kəsin içində bir almaz vardır. Əgər özümüzdə və bizi əhatə edən insanların daxilindəki o almazı kəşf edə bilsək onda özümüzü qiymətli daşlar mağazasında, edə bilməsək marketdəki mövqeyimizlə barışmalı oluruq. Öz ətrafındakı insanları da müdrikcəsinə seç! Onların almazını gör. Bu sizin həyatınızı gözəlləşdirər.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031