BMT ABŞ-ın hədələrinə məhəl qoymadı
Mьəllif: admin1
Tarix: 22-12-2017, 10:18
Bцlmə: Xəbərlər
BMT ABŞ-ın hədələrinə məhəl qoymadı
BMT Baş Assambleyası ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Maide.Az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağı ilə hədələmişdi.

Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qətnamə həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməməyə çağırıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930