Ayətullah Sistani xalq arasında - Müctəhid izdihama görə ziyarətə gecə gedir
Mьəllif: admin1
Tarix: 18-12-2017, 16:11
Bцlmə: Xəbərlər
Ayətullah Sistani xalq arasında - Müctəhid izdihama görə ziyarətə gecə gedir
Ayətullah Seyid Əli Sistani (d:1930) hazırda İraqın və islam dünyasının ən böyük müctəhidlərindən biridir.

Ayətullah Sistani çox nadir hallarda kamera qarşısına çıxan müctəhiddir. İraqın ABŞ tərəfindən işğalından sonra Vaşinqton rəsmiləri dəfələrlə onunla görüşmək təklifini veriblər. lakin o heç birini qəbul etməyib.

Müctəhid 2014-cü ildə İŞİD-ə qarşı cihad fətvası ilə ölkədə Xalq Səfərbər Qüvvələrinin yaranmasını təmin etdi. Hazırda İraqda bütün siyasi fraksiyalar bu müctəhidin tövsiyələri ilə hesablaşırlar.

İslaminSesi.info Ayətullah Seyid Əli Sistanini nadir görüntülərindən birini təqdim edir:

Məlumata görə bu görüntü Ayətullah Sistanini gecə yarısı ikən qəflətən küçəyə düşməsi zamanı çəkilib. Bildirilir ki Ayətullah Sistani izdihama görə gecə ikən Nəcəfdə İmam Əlinin (ə) məzarını ziyarətə getmək istəyib, amma yenə izdihamın şahidi olub.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930